Icma.az
close
up
RU
Qida eksperti insanları dönər almamağa ÇAĞIRDI SƏBƏB

Qida eksperti insanları dönər almamağa ÇAĞIRDI SƏBƏB

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.

Bu kimi halların qarşısı necə alına bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, dönərlə bağlı hər zaman müxtəlif fikirlər səsləndirilir.

"Dönər alarkən insanları ehtiyatlı olmağa çağırırıq. Amma burada yenə də məsuliyyət insanların öz üzərinə düşür. Ümumiyyətlə, dəfələrlə qeyd etmişik ki, dönər insan sağlamlığını riskə atan qidalardan biridir. Ətlərin qeyri-qanuni yolla istifadəsi, dönərxanalarda antisanitar vəziyyət, çalışanların nəzarətsizliyi burada əsas məqamdır. İnsanlarda isə bu, vicdan məsələsidir. Pul qazanmaq üçün insanların sağlamlığını riskə atmaq, mənşəyi məlum olmayan ətdən hazırlanan dönərləri satmaq vicdan işidir. Sahibkarlar pul xatirinə insanların həyatını təhlükəyə atmış olurlar. Bu gün, təəssüf ki, valideynlər həmin dönərlərdən alıb övladlarına verirlər. Birmənalı şəkildə qəbul etməliyik ki, istər mal ətindən, istərsə də toyuq ətindən hazırlansın, dönərin bişirilməsində yarımçiy ətlərin insanlara yedirdilməsi qanun pozuntusu sayıla bilər. Çünki dönərxanalarda ətlər tam bişmir, dönərə vurulan ədviyyatlar isə tozun-torpağın içində olur. Bu gün müşahidə edirik ki, bazar ətraflarında, insanların çox toplaşdığı yerlərdə açıq şəkildə dönər satışı həyata keçirilir. Bunlara göz yummaq düzgün deyil. İctimai qınaq olmalıdır. Mütləq deyil ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gəlib cərimə yazsınlar. İnsanlarımız özləri bu dönərləri almamalıdırlar", - deyə həmsöhbətimiz vurğuladı.

Ekspert bildirdi ki, əgər alış-verişdə azalma olsa, dönər satılmayacağı üçün bu fəaliyyət dayanacaq:

"Lakin biz gözləyirik ki, həmin yerlər cərimələnsin. Məsələn, cərimə yazılır, həmin adama vəziyyət izah edilir, amma o yenə də fəaliyyətini davam etdirir. Əgər biz həmin dönəri almasaq, artıq işin axsamağa başladığını görəcəklər. Hazırlanmış dönərlər qalıb xarab olacaq və nəticədə sahibkar fəaliyyətini dayandıracaq. Dəfələrlə insanları bu dönərlərdən istifadə etməməyə çağırırıq. Təəssüflər olsun ki, yenə də azyaşlıların əlində dönər görürük".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Mart 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri