Qida müəssisələrinin 80 faizində HACCP tətbiq ediləcək
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
Azərbaycanda qida müəssisələrinin 80 faizində HACCP-a əsaslanan daxili nəzarət sisteminin tətbiqinə nail olunması hədəflənir.
Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Proqramına əsasən, əvvəlcə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələr hazırlanacaq.
Sonrakı mərhələdə qida müəssisələrinin HACCP sistemini tətbiq etmələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.
Tədbirlər 2027–2031-ci illəri əhatə edəcək.
HACCP sistemi qida istehsalı və emalında təhlükələrin müəyyənləşdirilməsi və kritik nəzarət nöqtələrinin idarə olunmasına əsaslanan təhlükəsizlik sistemidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 10 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















