“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyası davam edir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kampaniya çərçivəsində hazırlanan növbəti videoçarxda şuranın üzvü, “Azərsun Holdinq” MMC-nin Baş icraçı direktoru Savaş Uzan qida sənayesində təhlükəsizliyin təmin olunmasında kompleks yanaşmanın və dəyərlər sisteminin vacibliyindən bəhs edir.
Savaş Uzan vurğulayıb ki, xammalın alınmasından emala, qablaşdırmadan logistikaya qədər hər mərhələ qida təhlükəsizliyinə birbaşa təsir göstərir: “Əsas məqsəd təkcə texnoloji ardıcıllığı qorumaq deyil, istehlakçının inamını möhkəmləndirən şəffaf və davamlı nəzarət sistemləri formalaşdırmaqdır. İstehlakçının etimadı yalnız dad və görünüşlə deyil, məhsulun təhlükəsizliyinə olan güvənlə qazanılır. Bu isə sahibkarın həm dövlət, həm də cəmiyyət qarşısında sosial məsuliyyətidir”.
Videoçarxla daha ətraflı linkdə tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 24 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















