“PAŞA Holding” MMC “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasına dəstək verir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasını davam etdirir.
Agentliyin İnformasiyua təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videoçarxda “PAŞA Holding” MMC-nin tərkibində fəaliyyət göstərən “Bravo” marketlər şəbəkəsinin Baş icraçı direktoru Jaime Teixeira pərakəndə satış sektorunda qida təhlükəsizliyi proseslərinin əhəmiyyətindən danışır.
O bildirir ki, qida təhlükəsizliyi təkcə mağazada satılan məhsulların keyfiyyəti ilə məhdudlaşmır. Bu, istehsalçıdan başlayaraq logistika mərhələlərini və satış nöqtələrində aparılan son yoxlamaları əhatə edən bütöv bir təchizat zəncirinin nəticəsidir.
Baş icraçı direktor təchizatçıların düzgün seçimi, məhsulların mənşəyinin şəffaflığı və təhlükəsizlik standartlarına ciddi riayət olunmasının istehlakçı sağlamlığının qorunmasında əsas rol oynadığını vurğulayır.
“Etibarsız mənbələrdən əldə edilən və nəzarətdən kənarda qalan məhsullar görünməz təhlükələr yaradır. Yalnız təhlükəsizliyi sübut edilmiş, standartlara uyğun məhsulların satışa çıxarılması sağlam və etibarlı qida mühitinin formalaşmasına imkan verir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!”,- deyə məlumatda bildirilir.
Videoçarxla daha ətraflı link vasitəsilə tanıçş ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 26 Dekabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















