“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyası çərçivəsində növbəti videoçarx təqdim edilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında Məşvərət Şurası tərəfindən həyata keçirilən “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyası çərçivəsində növbəti videoçarx ictimaiyyətə təqdim olunub.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, şuranın üzvü, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli videoçarxda sağlam və etibarlı heyvan mənşəli qidaların istehsalının vacibliyi, qida təhlükəsizliyinə diqqət və istehlakçıların təhlükəsiz məhsullara çıxış imkanları barədə məlumat verib.
Videoçarxda, həmçinin müasir heyvandarlıqda keyfiyyət və məhsuldarlığın təmin olunmasında əsas amillər və istehsal prosesinə nəzarət mexanizmləri ümumi şəkildə təqdim olunub.
Videoçarxla link vasitəsilə tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Noyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















