Icma.az
close
up
RU
Qida təhlükəsizliyi təkmilləşdirilir

Qida təhlükəsizliyi təkmilləşdirilir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyev “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə fərmanı şərh edərək bildirib ki, Əsasnamənin təsdiq edilməsi ilə yeni avtomatlaşdırılmış informasiya sisteminin ölkəmizdə tətbiqi qida təhlükəsizliyinin gücləndirilməsində böyük rol oynayacaq. Onun fikrincə, bu qərar 2019-2025-ci illəri əhatə edən Dövlət Proqramının icrasını dəstəkləməklə, qida təhlükəsizliyi sahəsində şəffaflığın, hesabatlılığın və dövlət nəzarətinin gücləndirilməsinə xidmət edir. Yeni sistemin tətbiqi ölkədə qida təhlükəsizliyinin təmin edilməsində mühüm mərhələ olmaqla bir sıra vacib yenilikləri ehtiva edir.

S.Cumazadə qeyd edir ki, bu innovativ avtomatlaşdırılmış sistem qida məhsullarına nəzarət prosesini optimallaşdıraraq dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirəcək və inteqrasiyanı gücləndirəcək. Nəticədə vətəndaşların daha təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarına çıxışı təmin olunacaq. Sistem qida təhlükəsizliyi sahəsində rəqəmsallaşmanı və şəffaflığı artırmaqla yanaşı, nəzarət mexanizmlərini təkmilləşdirəcək və sənədləşmə proseslərini daha effektiv edəcək. Eyni zamanda, dövlət nəzarətinin gücləndirilməsi və dövlət qurumları arasında koordinasiyanın artırılması sayəsində qida təhlükəsizliyi ilə bağlı operativ və optimal qərarların qəbulu sürətlənəcək. Bundan əlavə, sistem qida məhsullarına dair məlumatların vahid elektron bazada mərkəzləşdirilməsini təmin edəcək. Bu məlumatlar real vaxt rejimində toplanacaq və analitik üsullarla təhlil ediləcək ki, bu da potensial risklərin daha tez aşkarlanmasına və operativ idarəetmənin gücləndirilməsinə imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin yeni texnoloji həllər vasitəsilə təmin edilməsi ölkənin ərzaq sektorunda keyfiyyət standartlarının yüksəldilməsinə və istehlakçıların sağlamlığının qorunmasına mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2025 01:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri