Qırğız nazir müavini: Ağdamda keçirilən Gənclər Forumu Qarabağın bərpasını simvolizə edir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun Qarabağ bölgəsində – Ağdamda keçirilməsi həm də regionun bərpa olunmasını simvolizə edir.
APA-nın xəbərinə görə, bunu Ağdamda jurnalistlərə Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov bildirib.
Soiuzbek Nadyrbekov qeyd edib ki, bu baxımdan, Gənclər Forumunun məhz Ağdamda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Eyni zamanda Qırğız Respublikası və Azərbaycanın gənclər siyasəti, eləcə də idman və mədəniyyət sahəsində əməkdaşlığı hazırda uğurla davam edir. Biz gələcəkdə də bu sahələrdə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Bu layihələr iki ölkənin gəncləri üçün qarşılıqlı inkişaf və əməkdaşlıq üçün güclü platforma yaradacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 01 İyul 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















