Qırğızıstan miqrantlarla bağlı beynəlxalq məhkəmədə Rusiyaya qarşı iddia qaldırıb
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qırğızıstan əmək miqrantlarının ailə üzvlərinə icbari tibbi sığorta kartı verməkdən imtina etdiyinə görə Avrasiya İqtisadi İttifaqı (Aİİ) Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb.
Moderator.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Fondunun sədri Əzəmət Mukanov yanvarın 27-də parlamentin komitə iclasında bildirib.
Onun sözlərinə görə, Aİİ-nin icbari tibbi sığorta kartının yalnız Rusiyada çalışan üzv dövlətlərin vətəndaşlarına deyil, həm də onların ailə üzvlərinə verilməsini tələb edən bir müqaviləsi var.
"Qırğızıstan Aİİ müqavilələrində göstərilən tələblərə əməl etməyən Rusiyaya qarşı iddia qaldırıb. İcbari tibbi sığorta kartı Rusiyada çalışanların ailə üzvlərinə də verilməlidir", - Mukanov deyib.
Bu məsələnin Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Qırğızıstana səfəri zamanı da qaldırıldığı bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 27 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















