Icma.az
close
up
RU
Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirildi (FOTO)

Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirildi (FOTO)

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində ” İslahatçı Gənclər” İctimai Birliyi və bu ölkənin Gənclər Parlamentinin birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən COP29 konfransına həsr edilmiş "Qırğızıstan və Azərbaycan: gənclər siyasəti sahəsində iqlim dəyişikliyi ilə mübarizədə birgə səylər” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan və Qırğızıstanı təmsil edən gənclər, media rəhbərləri, deputatlar və diplomatlar iştirak edib. Konfransda Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafında gənclərin və gənclər təşkilatlarının rolu müzakirə olunub. Eyni zamanda, gənclərin iqlim dəyişikliklərinə qarşı mübarizədəki fəaliyyəti əsas müzakirə mövzusu olub.

Toplantının açılış mərasimində çıxış edən Qırğızıstan parlamentinin Azərbaycanla iş üzrə İşçi Qrupunun rəhbəri deputat Deputat Saidbek Zulpiyev, Qırğızıstan parlamentinin deputatı Eldar Süleymanov, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Zülfüqar Tanarverdi eyni zamanda, "İslahatçı İctimai” Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan-Qırğızıstan əlaqələrindən geniş bəhs ediblər. Çıxış edən natiqlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini qeyd ediblər. Konfransda bildirilib ki, Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi onun beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir. Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında iqlim dəyişikliyinə qarşı mübarizədə dünya birliyinin birgə səylərinin artırılması eyni zamanda, maliyyə problemlərinin həlli məsələsi xüsusi diqqət mərkəzində saxlanılıb. Çıxış edənlər bildiriblər ki, iqlim dəyişikliyi və ekoloji problemlərə qarşı mübarizədə dövlətlərlə yanaşı, ayrı-ayrı gənclər də aktiv rol almalıdırlar.

Çıxış edən Qırğızıstan Gənclər Parlamentinin sədri Asel Amanova Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli, Azxəbər Media Qrupunun baş direktoru Əfsələddin Ağalarov, eyni zamanda hər iki ölkəni təmsil edən müxtəlif gənclər təşkilatlarının rəhbərləri iki ölkə arasında gənclər siyasəti sahəsində də əməkdaşlığın böyük potensialı olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında dünyanı təhdid edən ekoloji problemlərə qarşı beynəlxalq ictimaiyyətin gələcək fəaliyyət planı ortaya qoyulub.

Qeyd edək ki, konfrans hər iki ölkədən olan gənc ekspertlərin müzakirələri ilə davam edib. Tədbirin baş tutmasına QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəstək verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri