Icma.az
close
up
RU
Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirilib Fotolar

Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirilib Fotolar

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində ” İslahatçı Gənclər” İctimai Birliyi və bu ölkənin Gənclər Parlamentinin birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən COP29 Sammitinə həsr edilmiş “Qırğızıstan və Azərbaycan: gənclər siyasəti sahəsində iqlim dəyişikliyi ilə mübarizədə birgə səylər” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan və Qırğızıstanı təmsil edən gənclər, media rəhbərləri, deputatlar və diplomatlar iştirak edib. Konfransda Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafında gənclərin və gənclər təşkilatlarının rolu müzakirə olunub. Eyni zamanda, gənclərin iqlim dəyişikliklərinə qarşı mübarizədəki fəaliyyəti əsas müzakirə mövzusu olub.

Toplantının açılış mərasimində çıxış edən Qırğızıstan parlamentinin Azərbaycanla iş üzrə İşçi Qrupunun rəhbəri deputat Deputat Saidbek Zulpiyev, Qırğızıstan parlamentinin deputatı Eldar Süleymanov, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Zülfüqar Tanarverdi, eyni zamanda, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan-Qırğızıstan əlaqələrindən geniş bəhs ediblər. Çıxış edən natiqlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini qeyd ediblər. Konfransda bildirilib ki, Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi onun beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir.

Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında iqlim dəyişikliyinə qarşı mübarizədə dünya birliyinin birgə səylərinin artırılması eyni zamanda, maliyyə problemlərinin həlli məsələsi xüsusi diqqət mərkəzində saxlanılıb. Çıxış edənlər bildiriblər ki, iqlim dəyişikliyi və ekoloji problemlərə qarşı mübarizədə dövlətlərlə yanaşı, ayrı-ayrı gənclər də aktiv rol almalıdırlar.

Çıxış edən Qırğızıstan Gənclər Parlamentinin sədri Asel Amanova,  Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli, Azxəbər Media Qrupunun baş direktoru Əfsələddin Ağalarov, eyni zamanda hər iki ölkəni təmsil edən müxtəlif gənclər təşkilatlarının rəhbərləri iki ölkə arasında gənclər siyasəti sahəsində də əməkdaşlığın böyük potensialı olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında dünyanı təhdid edən ekoloji problemlərə qarşı beynəlxalq ictimaiyyətin gələcək fəaliyyət planı ortaya qoyulub.

Qeyd edək ki, konfrans hər iki ölkədən olan gənc ekspertlərin müzakirələri ilə davam edib. Tədbirin baş tutmasına QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəstək verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri