Icma.az
close
up
RU
Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirildi FOTO Yeni Çağ Media

Qırğızıstanda COP29a həsr edilmiş konfrans keçirildi FOTO Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində “İslahatçı Gənclər” İctimai Birliyi və bu ölkənin Gənclər Parlamentinin birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən COP29 konfransına həsr edilmiş “Qırğızıstan və Azərbaycan: gənclər siyasəti sahəsində iqlim dəyişikliyi ilə mübarizədə birgə səylər” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan və Qırğızıstanı təmsil edən gənclər, media rəhbərləri, deputatlar və diplomatlar iştirak edib. Konfransda Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafında gənclərin və gənclər təşkilatlarının rolu müzakirə olunub. Eyni zamanda, gənclərin iqlim dəyişikliklərinə qarşı mübarizədəki fəaliyyəti əsas müzakirə mövzusu olub.

Toplantının açılış mərasimində çıxış edən Qırğızıstan parlamentinin Azərbaycanla iş üzrə İşçi Qrupunun rəhbəri deputat Deputat Saidbek Zulpiyev, Qırğızıstan parlamentinin deputatı Eldar Süleymanov, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Zülfüqar Tanarverdi eyni zamanda, “İslahatçı İctimai” Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan-Qırğızıstan əlaqələrindən geniş bəhs ediblər. Çıxış edən natiqlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini qeyd ediblər. Konfransda bildirilib ki, Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi onun beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir. Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında iqlim dəyişikliyinə qarşı mübarizədə dünya birliyinin birgə səylərinin artırılması eyni zamanda, maliyyə problemlərinin həlli məsələsi xüsusi diqqət mərkəzində saxlanılıb. Çıxış edənlər bildiriblər ki, iqlim dəyişikliyi və ekoloji problemlərə qarşı mübarizədə dövlətlərlə yanaşı, ayrı-ayrı gənclər də aktiv rol almalıdırlar.

Çıxış edən Qırğızıstan Gənclər Parlamentinin sədri Asel Amanova Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli, Azxəbər Media Qrupunun baş direktoru Əfsələddin Ağalarov, eyni zamanda hər iki ölkəni təmsil edən müxtəlif gənclər təşkilatlarının rəhbərləri iki ölkə arasında gənclər siyasəti sahəsində də əməkdaşlığın böyük potensialı olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında dünyanı təhdid edən ekoloji problemlərə qarşı beynəlxalq ictimaiyyətin gələcək fəaliyyət planı ortaya qoyulub.

Qeyd edək ki, konfrans hər iki ölkədən olan gənc ekspertlərin müzakirələri ilə davam edib. Tədbirin baş tutmasına QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəstək verib.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 22 Noyabr 2024 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri