Qırğızıstanda himnin dəyişdirilməsi ilə bağlı parlament komissiyası yaradıldı
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Qırğızıstanda bayrağın ardınca dövlət himnini dəyişmək planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Qırğızıstan xidməti məlumat yayıb.
Bildirilib ki, bu məsələ ilə məşğul olmaq üçün Joqorku Keneşdə (parlament) xüsusi komissiya yaradılıb.
Vitse-spiker Nurbek Sıdıqəliyev bildirib ki, idarələrarası komissiya ölkənin yeni himninin üç ən yaxşı variantını seçərək parlamentə təqdim edəcək. Deputatlar mətnin və melodiyanın son variantını seçib qanuni olaraq təsdiq edəcəklər.
Qeyd edək ki, 2024-cü il oktyabrın sonunda Qırğızıstanın himninin dəyişdirilməsi ideyasını Joqorku Keneşin sədri Nurlanbek Şakiyev səsləndirib.
“Biz bayrağı dəyişdik, indi himni dəyişmək lazımdır”, - Şakiyev deyib.
O, əlavə edib ki, respublika himninin səsləndirilməsi zamanı hətta quşların qorxması halları olub.
Şakiyev hesab edir ki, Qırğızıstanın yeni dövlət himni 2025-ci ilin aprelindən gec olmayaraq qəbul edilməlidir.
Bu mövzuda digər xəbərlər:Qırğızıstanda növbədənkənar parlament seçkiləri keçiriləcək
30 Noyabr 2025 06:16
Qırğızıstanda Parlament Assambleyası Şurasının növbədənkənar iclas keçiriləcək
19 May 2025 07:56
Qırğızıstanda parlament seçkilərində seçici fəallığı 37% təşkil edib
01 Dekabr 2025 13:51
Qırğızıstanda parlament seçkiləri: seçici fəallığı 36,9% təşkil edib
01 Dekabr 2025 08:58
Qırğızıstanda deputat seçkiləri
17 Noyabr 2024 11:45
Baxış sayı:73
Bu xəbər 12 Dekabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















