Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədbirinə başlanılır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 29 sentyabr, AZƏRTAC
Qırğız Respublikasının maarif naziri Dögdürkül Kəndirbayeva Azərbaycanın bu dövlətdəki səfiri Lətif Qəndilov və həmin ölkənin ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisi məqsədilə ezam olunmuş müəllim Ülkər Verdiyeva ilə görüşüb.
Ölkəmizin Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, azərbaycanlı müəllimin Qırğızıstana gəlişi ölkələrimiz arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əldə olunmuş razılaşma əsasında baş tutub. Bu təşəbbüs qırğız və Azərbaycan dilləri müəllimlərinin qarşılıqlı mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur.
Belə ki, Ülkər Verdiyeva Nizami Gəncəvi adına 103 nömrəli ümumtəhsil məktəbində, eləcə də Heydər Əliyev adına 20 nömrəli məktəbdə Azərbaycan dilini, Qırğızıstandan olan müəllim isə öz növbəsində Azərbaycan məktəblərindən birində qırğız dili və qırğız ədəbiyyatını tədris edəcək.
Nazir Dögdürkül Kəndirbayeva müəllimə Qırğızıstandakı fəaliyyətində uğurlar arzulayıb. O, həmçinin qeyd edib ki, təhsil və mədəniyyət sahələrində mübadilələrin inkişaf etdirilməsi iki ölkə arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Səfir Qırğızıstan və Azərbaycan xalqlarının yaxınlaşmasında, eləcə də ümumi Türk dilinin formalaşmasında dil və mədəniyyətin xüsusi rolunu qeyd edib.
Qeyd edək ki, Azərbaycanın Ağdam rayonunun Xıdırlı kəndində qırğız xalqının adından inşa olunan məktəbin açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarov və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər. Bişkek şəhərində isə Azərbaycanın maliyyə dəstəyi hesabına inşa edilmiş iki təhsil ocağı - Nizami Gəncəvi adına 103 nömrəli məktəb və Heydər Əliyev adına 20 nömrəli məktəb fəaliyyət göstərir. Bu məktəblərin açılışı 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 29 Sentyabr 2026 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















