Qırmızı geyimlərlə ən çox yaraşan 5 ayaqqabı rəngi FOTO
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cəsarət və gücü təmsil edən qırmızı rəng, Yeni il gecəsi qadınlar üçün ən çox seçilən rənglərdən biridir. Bəs qırmızı paltarla ən uyğun ayaqqabı rəngi hansıdır?
Ölkə.Az “akşam” qəzetinə istinadla qırmızı rənglə ən çox yaraşan ayaqqabı rənglərini təqdim edir:
1. Dəri tonlarında və ya bej ayaqqabılar
Dəri rəngli hündürdaban ayaqqabılar ayaqları daha uzun göstərir və paltara diqqət çəkir. Paltar sadədirsə, əla seçim ola bilər. Qüsursuz bir effekt əldə etmək üçün təbii dəri tonunuza mümkün qədər yaxın rəng seçin.
2. Qara ayaqqabılar
Qırmızı paltarla ən çox üstünlük verilən qara ayaqqabılardır. Qırmızı paltar və qara ayaqqabılar təəccüblü bir toxunuşla zərif bir görünüş yaradır. Geyimi tamamlamaq üçün qara çanta və ya minimal qara aksessuarlardan istifadə edə bilərsiniz.
3. Qızıl rəngli ayaqqabılar
Qızılı rəng göz yormadan dərhal zəriflik qatır. Tünd qırmızı donlarla qızılı rəngli ayaqqabılar əla görünür. Qızılı ayaqqabılar özlüyündə diqqətçəkən olduğu üçün aksessuarda minimal olanları seçin.
4. Gümüşü ayaqqabılar
Gümüş qızıldan daha soyuqbir ton təqdim edir və parlaq qırmızı və ya albalı qırmızısı rəngində paltarlar üçün idealdır.
Şıq bir görünüş üçün gümüşü ayaqqabıları zərif metal zərgərlik əşyaları ilə uyğunlaşdırın. Gümüş həmçinin böyük ölçülü paltarlarla da əla görünür.
5. Heyvan dizaynlı və ya metallik ayaqqabılar
Bəbir naxışı və ya ilan dərisi naxışı fərdilik qatır. Metallik səthlər də eyni təsiri yarada bilər. Dəbdə risk etməkdən çəkinməyənlər tez-tez naxışlı dabanlı ayaqqabıları cəsarətli qırmızı donlarla birləşdirirlər.
Billurə




Baxış sayı:46
Bu xəbər 22 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















