Icma.az
close
up
RU
Qırmızı qatil: pomidor turşusu nə zaman öldürür? Açıqlama

Qırmızı qatil: pomidor turşusu nə zaman öldürür? Açıqlama

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin ilk 6 ayında baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, zəhərlənmələrlə bağlı agentliyə 238 müraciət daxil olub. Bunlardan 45-i təsdiqlənib. Müraciətlər 422 zərərçəkənlə bağlı olub. Onlardan 154-ü təsdiq olunub. Qeyd edək ki, qida zəhərlənmələri arasında pomidor turşusundan zəhərlənmələr də xüsusi yer tutur. Belə ki, Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın bu gün xəstəxanada ölüb.

Bəs, pomidor turşusu hansı hallarda zəhərlənməyə səbəb olur? Bunun baş verməməsi üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən qida texnoloqui Ağa Salamov turşulardan zəhərlənmənin əsas səbəbinin məhsulların düzgün emal edilməməsi olduğunu bildirib.


Onun sözlərinə görə, sadəcə pomidor turşusu deyil, bütün turşulardan zəhərlənmək mümkündür:

"Turşuya qoyulmuş pomidorlar düzgün şərtlər altında emal edilməzsə, istehlakçının zəhərlənməsinə səbəb ola bilər.

Pomidor turşusu qoyularkən məhsulun seçilməsi çox vacibdir. Pomidorlar çatlaq, əzilmiş və ya deformasiya olmuş olmamalıdır. Bu cür pomidorlar turşuya qoyularkən mikrobların inkişaf etməsinə şərait yarada bilər. Həmçinin, pomidorlar torpaqdan yaxşı təmizlənməli və düzgün dezinfeksiya edilməlidir ki, botulizm kimi təhlükəli bakteriyalar təsir etməsin. Botulizm, xüsusilə pomidor turşusunda rast gəlinən və ölümcül zəhərlənməyə səbəb olan bakteriyadır".

Mütəxəssis qeyd edib ki, turşu qoyulan qabların şüşə olması və düzgün sterilizasiya edilməsi çox vacibdir:

"Şüşə qabların ağzı sıx bağlanmalı və qablara havanın daxil olmasının qarşısı alınmalıdır. Bu, məhsulun uzun müddət saxlanmasını təmin edir və mikrobların yaranmasının qarşısını alar. Yalnız düzgün şərtlər altında seçilmiş, emal olunmuş və saxlanmış pomidorlar təhlükəsizdir və zəhərlənməyə səbəb olmur.

Turşuların yanına əlavə olunan göyərti və göbələklər də zəhərlənməyə səbəb ola bilər. Məsələn, düzgün yuyulmamış göyərti və ya yanlış seçilmiş göbələk zəhərlənməyə gətirib çıxara bilər. Ona görə də turşu hazırlayarkən yalnız təmiz və düzgün hazırlanmış məhsullardan istifadə edilməlidir".

Lalə, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri