Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Qış fasiləsinə doğru: ilk “4lük”də və sonuncu pillədə dəyişiklik olacaqmı?

Qış fasiləsinə doğru: ilk “4lük”də və sonuncu pillədə dəyişiklik olacaqmı?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Bu gün və sabah Misli premyer-liqasında ilin son oyunları keçiriləcək. Dünən başlayan 18-ci turun ardından 2-ci dövrəyə yekun vurulacaq və komandalar qış fasiləsinə yollanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 18-ci tur
21 dekabr
Turan Tovuz – Neftçi
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 4:+1=1-2, 5:3.
2022/23 – 0:1, 4:0; 2023/24 – 0:1, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-40-20.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz, şəhər stadionu. Saat 16.00.
“Kəpəz” – “Sumqayıt” matçıyla start götürən tur “Turan Tovuz”un evdə “Neftçi”ni sınağa çəkəcəyi oyunla davam edəcək. Bu o deməkdi ki, Tovuzda futbol ab-havası və gərgin mübarizə şəraiti hökm sürəcək. Qələbənin hər iki komanda üçün hava-su kimi vacib olduğunu bilirsiz. “Bozqurd” “Zirə” ilə aradakı xal fərqinin azalmamasına, avrokuboklar uğrunda mübarizədə büdrəməməyə cəhd göstərəcəksə, “ağ-qaralar” xal ehtiyatını artırmağa çalışacaq. Kurban Berdıyevin komandasının meydana məhz qələbə üçün çıxacağına şübhə yoxdu. “Neftçi” isə hələ ki, həm fiziki, həm də psixoloji cəhətdən özünü büruzə verən çatışmazlıqları aradan qaldırmalı, azı bir xal qazanmaqla qış fasiləsinə motivasiyalı yollanmağın planlarını qurmalıdı. Samir Abasovun sözlərinə görə, heyətdə Emin Mahmudov başda olmaqla xeyli zədəli var. Komandalar indiyə qədər 9 dəfə qarşılaşıb. Bunların 1-də tovuzlular, 5-də bakılılar qələbə qazanıb, 3-də “sülh” qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 13:7.
Səbail – Zirə
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 14:+3=2-9, 8:16.
2017/18 – 0:1, 0:1; 2018/19 - +:-*, 0:2; 2019/20 – 1:0, 1:3; 2020/21 – 1:2, 0:0; 2021/22 – 1:2, 0:1; 2022/23 – 1:2, 2:0; 2023/24 – 1:2, 0:0.
* texniki qələbə top fərqində nəzərə alınmır.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı, “ASCO Arena”. Saat 18.30.
“Səbail” Cavid Hüseynovun rəhbərliyi altında ilk xalını “Şamaxı”dan qopardı. İndi növbəti xal və ya xalların qazanılması üçün çalışmaq lazımdı ki, bu barədə nikbin danışmaq mümkün deyil. Düzdü, “dənizçilər” son matçda döyüşkən çıxışla yadda qaldı. Lakin “Sabah”ın dirçəldiyini, “Turan Tovuz”la “Araz-Naxçıvan”ın mövcud mövqeyini nəzərə alsaq, “qartallar” məhz qələbə üçün əlindən gələni edəcək. Belədə Bayıl təmsilçisinin nəsə bacaracağına inanmaq çətindi. O başqa məsələ ki, sensasiyanı istisna etmirik. Hər halda, Rəşad Sadıqov buun çempionatın ən vacib oyunu adlandırır. Deməli, meydan sahibləri azı bir xal üçün xeyli tər tökməli olacaq. “Zirə”nin amalı isə bəllidi: ilk “4-lük”dəki mövqeyini qorumaq.
Komandalar indiyə qədər 28 dəfə qarşılaşıb. Bunların 4-də “dənizçilər”, 18-də “qartallar” qalib gəlib, 6-da hərəyə bir xal düşüb. Topların nisbətində zirəlilər öndədi – 42:19.
22 dekabr
Şamaxı – Sabah
“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 9:+3=3-3, 9:6.
2018/19 – 0:1, 3:0; 2019/20 – 1:1; 2020/21 – 1:1, 0:0; 2021/22 – 2:0, 0:1; 2022/23 – 0:1, 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-40.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı, şəhər stadionu. Saat 14.00.
“Şamaxı”nın heyətinin kasad olduğundan da xəbərdarsız, zədəlilərinin çoxluğundan da. Çempionata bu minvalla davam edən komandanın problemləri azmış kimi, danışılmış oyunlarla bağlı araşdırma da davam edir. Və məsələ bununla bitmir. Ayxan Abbasovun komandası son 8 gündə 3-cü ev matçına çıxacaq. Dekabrın 14-də “Səbail”lə, 19-da “Qarabağ”la qarşılaşan “şirlər”in növbəti rəqibi də çətindi. O başqa məsələ ki, “Şamaxı” “köhlən atlar”dan xal qoparmağa yaxın olsa da, son dəqiqə qoluyla məğlub oldu. Ümumiyyətlə, bölgə təmsilçisi son 11 matçda qələbəyə həsrətdi. Uğursuz seriyanın “Sabah”la matçda qırılacağına inanmaq isə sadəlövhlük olar. Ona görə ki, “bayquşlar” Vasili Berezutskinin təyinatından sonra yaxşı təsir bağışlamaqla yanaşı, istədiyi nəticələri əldə edir. Masazır təmsilçisi bu matçda da qələbə qazanmaqla avrokuboklar uğrunda mübarizədə şansını artırmaq istəyəcək. “Şirlər” isə möcüzəyə ümid edir.
Komandalar indiyə qədər 19 dəfə üz-üzə gəlib. Bunların 6-da “Şamaxı”, 6-da “Sabah” qələbə qazanıb, 7-də qalib müəyyənləşməyib. Topların nisbətində bölgə təmsilçisi öndədi – 21:20.
Qarabağ – Araz-Naxçıvan
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 4:+4=0-0, 9:2.
2000/01 – 1:0; 2001/02 – 3:0; 2023/24 – 2:1, 3:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əkbər Əhmədov.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 16.30.
İlin sonuncu matçına “Tofiq Bəhramov”da şahidlik edəcəyik. Burda artıq qış çempionluğunu rəsmiləşdirən “Qarabağ” ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı qəbul edəcək. Bəli, “qırmızı-ağlar” bu matçda qalib gəlsə, liderliyə yüksələ bilməz. Lakin qonaqların qələbə uğrunda döyüşməyəcəyini düşünmək doğru olmaz. Odu ki, Ağdam təmsilçisi görüşə yetərincə ciddi yanaşacaq. Bu, həm liderliyin möhkəmlənməsi, həm də çempionluq yolunda büdrəməmək üçün vacibdi. Hər halda, naxçıvanlılar özünü yaxşı mənada sübut edib. Qısası, əvvəldən sona qədər gərgin mübarizə izləyəcəyimizə şübhə yoxdu. Bəllidi ki, “köhlən atlar” Şamaxıda 3 xalı çətinliklə qazandı. Üstəlik mərkəz müdafiəçilərinin hamısı zədəlidi. Muxtar Respublika təmsilçisi məhz bu məqamlardan yararlana və liderlə aradakı xal fərqini azaltmağa çalışa bilər.
Komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib. Bunların 5-də “Qarabağ”, 3-də “Araz-Naxçıvan” qalib gəlib, 1-də sülh” qeydə alınıb. Topların nisbətində ağdamlılar öndədi – 19:12.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Neftçi” son 5 oyunda məğlub olmayıb, “Turan Tovuz” son iki matçda qol vurmayıb.
// “Səbail” son 6 oyunda qələbə qazanmayıb, “Zirə” son 2 matda qalib gəlib.
// “Sabah” son 8 görüşdə qol vurub, son 4 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb.
// “Qarabağ” bütün oyunlarda qol vurub, “Araz-Naxçıvan” səfərdə xal qazanmayıb.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri