Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qış fasiləsinə bir tur qala

Qış fasiləsinə bir tur qala

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasında XVII tur başa çatıb. Son oyunda “Qarabağ” “Sumqayıt”ı məğlub edərək, liderliyə yüksəlib.

“Neftçi” və “Sabah” turu qələbə ilə başa vurub. “Zirə” – “Turan Tovuz” duelində isə qalib müəyyənləşməyib.

Şamaxı – Səbail 0:0

Turun açılış oyununda qapılara qol vurulmadı. Şamaxıya yağan güclü qar səbəbindən matçın startının yubanması və soyuq hava şəraiti, meydançanın qarlı olması oyuna təsirsiz ötüşmədi. Hər bir halda, tərəflər çətin şəraitdə əldə edilən bir xala razı olmalıdırlar. “Səbail” Cavid Hüseynovun rəhbərliyi altında ilk xalını qazandı, “Şamaxı” isə turlar sonra məğlub olmadı.

Araz-Naxçıvan – Sabah 0:1

“Araz-Naxçıvan”ın 15 oyunluq məğlubiyyətsizlik seriyası bu turda başa çatdı. Elmar Baxşıyevin yetirmələri “Sabah”la dueldə daha üstün oyun nümayiş etdirməsinə baxmayaraq, məğlubiyyətdən xilas ola bilmədi. İkinci hissədə qarşılıqlı hücumlar şəraitində keçən matçın taleyini bir qol həll etdi. “Sabah” bombardiri Coy-Lens Mikelsin qolu ilə aktivinə üç xal yazdırdı və avrokubok zonasına yaxınlaşdı.

“Araz-Naxçıvan” məğlubiyyətlə həm də birinci pillədəki yerini itirdi. Buna baxmayaraq, komanda qış fasiləsinə kimi “üçlük”də qalmağı təmin edib. Baxşıyevin yetirmələri nizamlı və kompakt oyunu ilə fərqlənir. “Sabah” baş məşqçi Vasili Berezutskinin təyinatından sonra uğurlu çıxışını davam etdirərək, yüksəlişə keçib. Rusiyalı mütəxəssis qısa zamanda öz toxunuşlarını edə bilib və nəticələr gəlməkdədir.

Zirə – Turan Tovuz 0:0

Zirədə baş tutan görüş qolsuz bərabərliklə yekunlaşdı. Həm “Zirə”, həm “Turan Tovuz” ehtiyatlı oynayaraq, xal qazanmağa çalışdı. Çox qol epizodunun olmadığı matçda tərəflər əldə edilən bir xala qane olmalıdır. “Zirə” son turlarda yüksəlişdədir və “qartallar” qələbə sayəsində üçüncü sıradakı rəqibi ilə xal fərqini minimuma endirə bilərdi. Buna baxmayaraq, heç-heçə də pis nəticə sayılmamalıdır.

“Turan Tovuz” isə mövqeyini qorudu. Komanda növbəti turda məğlub olsa belə, qış fasiləsinə “üçlük”də yollanacaq. Tovuz təmsilçisində əsas çatışmazlıq heyətlə bağlıdır və qış fasiləsində güclənmək zəruridir. Əks halda, avrokubok yarışında qalmaq çətin olacaq.

Neftçi – Kəpəz 2:1

“Neftçi” yaxşı oynamadığı oyunda vacib qələbə qazandı. Samir Abasovun yetirmələri ilk hissənin 25-30 dəqiqəsini öndə oynadı, rəqibin fərdi səhvlərindən iki fərqlə önə keçdi. Fasilədən sonra isə üstünlük “Kəpəz”də oldu.

Azərn Bağırovun yetirmələri bir neçə qol şansı yaratsa da, təsəllidən başqasına gücü çatmadı. Xüsusilə, matçın son dəqiqələrində real qol şanslarının boş verilməsi xəyal qırıqlığı yaratdı. “Kəpəz”in son turlardakı oyunu elitada qalmaq mübarizəsi aparan komanda adına ümidvericidir.

Qarabağ – Sumqayıt 5:0

Turun son oyunu darmadağınla yekunlaşdı. “Qarabağ” “Sumqayıt”ı 5 cavabsız qolla məğlub edərək liderliyə yüksəldi. Premyer Liqada bütün komandaları bir baş üstələyən “atlılar” rahat qələbə qazandı. Komanda üçün neqativ məqam müdafiəçi Bədavi Hüseynovun zədələnməsi oldu.

“Sumqayıt” isə rəqibin imkan verdiyi qədər oynamağa çalışdı. İkinci hissədə bir neçə dəfə qol axtarışına çıxan “kimyaçılar” bütün cəhdlərdə uğursuz oldu. Vaqif Cavadovla yüksəlişə başlayan “Sumqayıt”da bu məğlubiyyət neqativ atmosfer yaratmamalıdır. “Sumqayıt” indiki məqamda liderdən həm səviyyə, həm keyfiyyət baxımından çox geri qalır. Bəlkə də, məhz bu fərqlər özünü tabloda əks etdirdi.

17 turdan sonra “Qarabağ” yenidən zirvəni ələ keçirdi. Ehtiyatda daha bir matçı olan və iki gün sonra “Şamaxı” ilə qarşılaşacaq “Qarabağ” qələbə sayəsində ikinci “Araz-Naxçıvan”la xal fərqini 5-ə yüksəldə bilər.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 17 Dekabr 2024 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri