Icma.az
close
up
RU
Qış turu: Diri Baba, Basqal və Lahıcda mediatur

Qış turu: Diri Baba, Basqal və Lahıcda mediatur

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 18–19-da Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediatur çərçivəsində jurnalistlər qış turizm mövsümü ərəfəsində Azərbaycanın bir neçə əsas turizm məkanında vəziyyəti yerində izləmək imkanı əldə ediblər.

Doğru.az xəbər verir ki, marşrut Diri Baba türbəsi, Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu və Lahıc qoruğu üzrə qurulub. Turun məqsədi həm turizm infrastrukturunda görülən yenilikləri göstərmək, həm də mədəni irs obyektlərinin hazırkı vəziyyəti barədə daha dolğun təsəvvür yaratmaq olub.

İlk dayanacaq Qobustan rayonundakı Diri Baba türbəsi idi. Qaya ilə vahid kompozisiya təşkil edən nadir memarlıq nümunəsi jurnalistlərə təqdim edilib. Bildirilib ki, türbə 1402-ci ildə Şirvanşah I İbrahimin tapşırığı ilə sufi şeyxinin xatirəsinə inşa olunub və regionun ən çox ziyarət olunan turizm məkanlarından biridir. Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli abidə ətrafında aparılan bərpa və infrastruktur işləri barədə məlumat verib, türbənin şimal-qərb turizm dəhlizində əsas dayanacaq olduğunu vurğulayıb.

Növbəti dayanacaq Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu olub. Qədim Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan kimi məhəllələrin tarixi strukturu hələ də qorunub saxlanılır. Qoruq rəhbərliyi son illərin ardıcıl bərpa işləri və tarixi küçələrin ilkin memarlıq üslubunda yenilənməsi barədə məlumat verib. Kəlağayı emalatxanasında istehsal prosesi nümayiş olunub, ustaların ipək üzərində apardığı işlər jurnalistlərin xüsusi marağına səbəb olub. Qeyd edilib ki, kəlağayı sənəti 2014-cü ildən UNESCO-nun qeyri-maddi irs siyahısındadır. Ardınca Basqal halvasının hazırlanması prosesinin təqdimatı keçirilib.

Qoruqda məscidlərdə, tarixi evlərdə və sənətkarlıq ocaqlarında aparılan bərpa işlərinin hazırkı vəziyyəti, eləcə də qarşıdan gələn qış mövsümünə hazırlıqla bağlı suallar yerində cavablandırılıb.

Mediaturun son ünvanı Lahıc qoruğu olub. Daş döşənmiş küçələr, qədim yaşayış evləri və ənənəvi sənətkarlıq mühiti kəndin tarixi ruhunu qoruduğunu göstərib. Bildirilib ki, qoruq ərazisində 100-dən çox tarixi və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb. Jurnalistlər Lahıcın böyük küçəsində yerləşən misgərlik emalatxanalarını gəzib, ustaların real iş prosesini izləyiblər. Misgərlik sənətinin 2015-ci ildə UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildiyi xatırladılıb.

Qoruq ərazisində görülən bərpa-quruculuq işləri, yeni qoruq evinin tikintisinin tamamlanmaq üzrə olması, parkinq və abadlıq işlərinin qış mövsümünə qədər yekunlaşdırılması barədə məlumat verilib. Jurnalistlər həmçinin məscidləri, muzeyi, bulaqları və qədim küçələri gəzərək bölgənin memarlıq və sənətkarlıq irsi ilə yaxından tanış olublar.

İki günlük mediatur bir daha göstərib ki, ölkənin mədəni irs obyektlərində aparılan bərpa işləri və turizm infrastrukturunun gücləndirilməsi paralel şəkildə davam etdirilir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://dogru.az
archiveBu xəbər 19 Noyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri