Icma.az
close
up
RU
“Diri Baba” türbəsi iman və inanc hücrəsi

“Diri Baba” türbəsi iman və inanc hücrəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qobustan rayonu ərazisində, dağ döşündə qərar tutmuş ikimərtəbəli “Diri Baba” türbəsi buraya gələn ziyarətçilərin və turistlərin maraqla tanış olduqları tarixi abidədir. Bu türbə eramızın 1402-ci ilində Şirvanşah Şeyx İbrahimin əmri ilə onun müridinin xatirəsinə tikilib.

Abidənin adının mənşəyi barədə müxtəlif rəvayətlər mövcuddur. Belə ki, bu türbədə dəfn olunmuş şəxsin sufi Baba olduğu qeyd edilir. O, ömrünün son günlərini mağara-hücrəyə çəkilərək ibadət etməklə keçirib. Burada müqəddəs kitabdan ilahi kəlamları oxuya-oxuya haqq dünyasına qovuşub, lakin onun öldüyündən bir qədər sonra – növbəti çilə vaxtı xəbər tutulub. Yəni ölsə də, bir neçə gün “diri qalıb”. Bu səbəbdən qəbri üzərində türbə tikiləndən sonra buraya “Diri Baba” adı verilib.

Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən türbə ötən əsrlərdə bir çox səyyahların diqqətini cəlb edib. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığında elçisi Adam Oleari, ondan bir qədər sonra türk səyyah Övliya Çələbi, XVIII əsrin əvvəllərində alman həkim və naturalisti Engelbert Kempfer, holland səyyah və tədqiqatçısı Kornelius de Brüyn və başqaları yol qeydlərində həmin abidədən yazıb və hətta türbənin nadir qravür rəsmlərini də çəkiblər.

Qafqazın qədim keçmişinin araşdırmaçılarından olan italyan əsilli Yohan Bartolomeyin təlimatı əsasında XIX əsrdə rusiyalı alman akademik Berhard Dorn ətrafında xeyli məzar daşı olan abidə ilə maraqlanmışdır. Məşhur azərbaycanlı tarixçi-epiqrafist və şərqşünas alim Məşədixanım Nemətova da vaxtilə bu türbəni geniş tədqiq edib. O yazırdı ki, türbənin daş kitabəsi Peterburqdakı Ermitaj muzeydə saxlanılır.

Tarix elmləri doktoru, professor, Əməkdar jurnalist Qafar Cəbiyev yazır ki, Azərbaycan tarixinin bir növ vizit kartı sayılan Qobustan rayonunda rəvayət dolu mağara labirintləri, Tunc dövrünə aid Qədirtəpə kurqanı, çoxsaylı pirlər və digər müqəddəs yerlər, dağlıq və aran Şirvanı əslər boyu mədən daşı ilə təmin edən zəngin yataqlar hər kəs üçün maraq kəsb edə biləcək ünvanlardır. Qonaq-qaranın çox olmasının bir səbəbi də yolların rahatlığı və məsafənin digər yerlərlə müqayisədə Bakıya yaxın olmasıdır. Buranın kəklikotusu, zirinci, sayı-hesabı bilinməyən başqa dərman bitkiləri min bir dərdə əlacdır.

Sözügedən abidə isə Qobustan şəhərindən 2 kilometr aralıda - qayanın içərisində yonulub. Alt mərtəbəsi dəhlizdən və türbə xidmətçisinin otağından, üst mərtəbəsi isə salondan ibarətdir. Fonu qaya olduğu üçün binanın yalnız cənub tərəfə baxan fasadı var. Həmin fasadın quruluşunda Şirvan abidələrinin memarlıq əlamətləri ilə yanaşı, fərqli detallar da mövcuddur. Eyni zamanda, Şirvanşahlar saray kompleksinə bənzər dekorativ dəst-xətt hiss olunur. Türbənin üstündə günbəz tikilib. İnşaat kompozisiyasının təkraredilməzliyi və təbiətlə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığında xüsusi yer tutur. Günbəzin içəri tərəfində bir neçə yerdə memarın adı qeyd olunsa da, “zamanın küləkləri” həmin hissələri silib aparıb. Yalnız bir divarda “Ustad Hacı oğlu” yazısı qalıb.

“Diri Baba” düz 25 ildir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Hələ 1955-ci ildə dağılmaq təhlükəsi olduğu üçün türbənin bərpa-konservasiya və möhkəmləndirilməsi həlli hazırlanıb, uçuq pilləkən, fasad və digər dekor elementləri bərpa edilib.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2022-ci il avqustun 12-də İsmayıllı rayonuna səfər zamanı yolüstü Qobustan rayonundakı “Diri Baba” türbəsinə baş çəkiblər. Dövlət başçısı həmin gün Basqal qəsəbəsində Azərbaycan televiziyasına müsahibəsində “Diri Baba” türbəsindən də danışıb: “Bu gün yolüstü “Diri Baba” türbəsində gedən işlərlə tanış oldum. Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, onun ətrafında turizm infrastrukturu yaradılsın. “Diri Baba” türbəsi öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək. Onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir”.

Azərbaycanın şimal-qərb turizm dəhlizində ilk müham dayanacaq olan türbə artıq 4 ildir ki, Dövlət Turizm Agentliyinin balansına verilib. Burada geniş bərpa və infrastruktur işləri aparılıb. “Diri Baba” ətraf ərazidə yerli kiçik sahibkarlığın və icma əsaslı turizm zəncirinin formalaşmasına, bölgənin digər əhəmiyyətli abidələrinin ziyarətinə və regional turizm klastrının yaranmasına töhfə verir.

Qədim abidəyə müntəzəm səyahət turları təşkil olunur. Hər il 10 minlərlə yerli və xarici turist türbəni ziyarət edir.

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2026 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri