Icma.az
close
up
RU
Qış üçün tədarük edərkən diqqət etməli olduğumuz nüanslar Qida eksperti AÇIQLADI

Qış üçün tədarük edərkən diqqət etməli olduğumuz nüanslar Qida eksperti AÇIQLADI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bildiyimiz kimi yay mövsümünün sonlarına yaxın insanlar qışa hazırlıq olaraq kompotlar, turşular hazırlayır.

Bəs bunları hazırlayarkən faydası əvəzinə zərərini görməmək üçün hansı nüanslara fikir vermək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirdi ki, yay aylarında ev şəraitində turşu bağlamaq həm ənənəvi, həm də geniş yayılmış praktikadır.

"Lakin düzgün şərait və qaydalara əməl olunmadıqda bu proses sağlamlıq üçün müəyyən risklər yarada bilər. Ev şəraitində hazırlanan turşuların əsas təhlükələrindən biri botulizm riskidir. Əgər məhsul havasız mühitdə hazırlanır və kifayət qədər sirkə, duz istifadə olunmursa, clostridium botulinum adlı bakteriya inkişaf edə bilər ki, bu da həyati təhlükəli zəhərlənməyə səbəb ola bilər. Digər risklərə qabların yaxşı sterilizasiya olunmaması nəticəsində kif və maya əmələ gəlməsi, eləcə də qablaşdırmada keyfiyyətsiz, plastik, hava sızdıran qapaqların istifadəsi daxildir.

Turşu və kompot üçün ən təhlükəsiz qab seçimi şüşə qablardır. Onlar asanlıqla sterilizasiya olunur, turşuya qarşı dayanıqlıdır və toksik maddə buraxmır. Plastik qablar isə turşu ilə reaksiyaya girərək BPA və ftalatlar kimi zərərli maddələri buraxa bilər. Təhlükəsiz hazırlıq üçün sirkənin miqdarı ən azı 5-6% olmalıdır. Duz miqdarı isə hər 1000 ml suya təxminən 40-60 qram səviyyəsində saxlanmalıdır. Duz həm ləzzət, həm də qoruyucu rol oynayır".

Ekspert əlavə etdi ki, turşuların uzun müddətli və ya həddindən artıq istehlakı da müəyyən problemlərə gətirib çıxara bilər.

"Yüksək duz miqdarı qan təzyiqini yüksəldə, ürək-damar sisteminə və böyrəklərə əlavə yük sala bilər. Sirkə turşuluğu isə mədə turşuluğunu artıraraq reflüks və qastrit kimi problemləri ağırlaşdıra bilər. Fermentləşdirilmiş kələm kimi probiyotik turşular faydalı təsir göstərə bilər, lakin bu, yalnız düzgün duz-sirkə balansı və gigiyenik mayalanma şərtlərində keçərlidir.

Kompot hazırlığında da gigiyena, düzgün resept və qablaşdırma çox vacibdir. Mövsümi meyvələrdən istifadə etmək, şəkərin miqdarını azaltmaq və ya tamamilə istifadə etməmək tövsiyə olunur. Beləliklə, əlavə şəkər yüklənməsinin qarşısı alınır. Ev şəraitində hazırlanan turşu və kompotların mövsümi, az miqdarda və gigiyenik qaydalara uyğun istehlakı riskləri minimuma endirir. Bunun üçün balanslı resept, steril qablaşdırma və təhlükəsiz saxlama şərtlərinə əməl olunmalıdır", - deyə Fərid Səfərov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Avqust 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri