Icma.az
close
up
RU
Ağdam tezliklə regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək FOTO

Ağdam tezliklə regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək FOTO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdam, 6 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə tanınan Qarabağda geniş turizm potensialı var. Bərpa-quruculuq işlərinin aparılması və sakinlərin doğma yurda qayıdışı ilə paralel olaraq bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün tədbirlər görülür. Regionun digər yerlərində olduğu kimi, Ağdamda da genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, tarixi-mədəniyyət abidələri bərpa edilir, müasir tələblərə cavab verən otellər inşa olunur.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ağdamın erməni vandalizminə məruz qalmış tarixi memarlıq abidələrindən biri İmarət kompleksidir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq kompleks ötən il əsaslı şəkildə bərpa edilib. 3,3 hektar ərazini əhatə edən İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış ziyarətçi mərkəzinin, muzey və kafenin xidmətlərindən istifadə edə bilirlər.

Ağdam şəhərindəki Cümə Məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Qiyaslı məscidində və Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri olan Şahbulaq qalasında da bərpa işləri davam etməkdədir.

Ötən il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində “Aghdam City Hotel”in açılışı oldu. Hazırda “Hilton Garden İnn” hotelinin tikintisi davam edir.

“Aghdam City Hotel”in əməliyyatlar üzrə rəhbəri Ayxan Cabbarov bildirib ki, beşmərtəbəli otel binası 130 otaq, restoran, iclas otaqları və bir böyük ziyafət zalından ibarətdir. Qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes və SPA mərkəzləri də yaradılıb. Tam müasir və beynəlxalq standartlara cavab verən otelin otaqlarının 2-si fiziki məhdudiyyətli qonaqlar üçün, 4 otaq isə uzun müddət qalmaq istəyən qonaqlar üçün nəzərdə tutulub.

Ağdam şəhərində inşası davam edən digər otel “Hilton Garden Inn”dir. Layihə rəhbəri Sinan Rəcəblinin bildirdiyinə görə 2,16 hektar ərazidə inşa edilən otel 127 otaqdan ibarət olacaq. Burada həmçinin qapalı hovuz, fitnes və SPA mərkəzləri, terrasda restoranlar fəaliyyət göstərəcək. Oteldə işlər yekunlaşmaq üzrədir. Dəmir-beton işləri 90 faiz, fasad işləri 70 faiz, daxildə santexnika və bəzək işləri 40-50 faiz yekunlaşıb. Bu ilin üçüncü rübünə işlərin tam başa çatdırılması nəzərdə tutulur.

Görülən işlər, həyata keçirilən layihələr onu deməyə əsas verir ki, Ağdam tezliklə regionun cəlbedici turizm istiqamətlərindən birinə çevriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri