Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

“Qisas” əməliyyatından 4 il ötür...

“Qisas” əməliyyatından 4 il ötür...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Qırxqız, Sarıbaba yüksəklikləri ordumuza daha geniş ərazilərə nəzarət imkanı yaratdı

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi regionda güc balansının Azərbaycanın tərəfində olduğunu nümayiş etdirmişdi. Azərbaycanın “dəmir yumruğunun” qarşısında cəmisi 44 gün duruş gətirə bilən Ermənistan həmin il noyabrın 10-da imzaladığı kapitulyasiya sənədi ilə ölkəmizin qələbəsini qəbul etdi. Bununla belə, kapitulyasiyaya imza atsa da, rəsmi İrəvan imzaladığı üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri tam  yerinə yetirməkdən yayınmağa çalışırdı. Belə ki, o vaxt erməni silahlılarının Azərbaycan torpaqlarını tam şəkildə tərk etməsi ilə bağlı öhdəlik hələ də yerinə yetirilmirdi. Hələ də Azərbaycan ərazisində qalan bu erməni silahlıları vaxtaşırı təxribatlar törədir, silahlı insidentlərlə sabitliyi pozur, regional təhlükəsizliyə təhdid yaradırdı. Belə təxribatlar həm şərti dövlət sərhədində, həm də o zaman Rusiya sülhməramlılarının məsuliyyət zonasında qanunsuz erməni silahlı dəstələri tərəfindən baş verirdi. Təbii ki, Azərbaycan Ordusu tərəfindən əməliyyatlar keçirilərək bu təxribatların qarşısı qətiyyətlə alınıb.

Tutarlı cavab

Belə əməliyyatlardan birinin - “Qisas” əməliyyatının keçirilməsinin avqustun 3-də 4 ili tamam olur. Xatırladaq ki, 4 il öncə həmin gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü. Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görüldü. Bu yüksəkliklər ordumuza daha geniş ərazilərə nəzarət etmək imkanı yaratmış oldu.

Ermənilərin canlı qüvvəsi və döyüş texnikaları məhv edildi

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Azərbaycan o vaxt dəfələrlə bəyan etmişdi ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüd idi. Müdafiə Nazirliyi isə bəyan etmişdi ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.

Prezident İlham Əliyev də bu məsələyə toxunaraq bildirmişdi ki, şəhidimizin qanı yerdə qalmadı: “Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.

“Qisas” əməliyyatının davamı...

Lakin həmin əməliyyatdan da Ermənistan dərs götürmədi. Dünyadakı erməni lobbisinə, o cümlədən, öz havadarlarına güvənərək vaxt uzatmaq istəyən Ermənistan regionda gərginliyi saxlamağa və hərbi təxribatlarını davam etdirməyə çalışırdı. Prezident İlham

Əliyev hələ o zaman erməni təxribatlarına cavab olaraq “Qisas” kimi əməliyyatların keçiriləcəyini istisna etməmişdi. 2023-cü il iyulun 28-də ordumuz tərəfindən məhz “Qisas-2” əməliyyatı keçirildi ki, bu əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edildi. Bütün bunlar Ermənistana və Qarabağdakı separatçı rejimə ciddi zərbə oldu.

Lakin nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı separatçı rejim bütün bunlardan nəticə çıxarmaq istəmirdi. Ona görə də, Azərbaycan ordusu həmin ilin sentyabrında Qarabağda antiterror əməliyyatı keçirərək ərazini tamamilə qeyri-qanuni erməni silahlı dəstələrindən təmizlədi, separatçı rejimin rəhbərliyini həbs edərək ədalət mühakiməsinə çıxardı. Rusiya sülhməramlıları isə vaxtından tez  ərazini tərk etməli oldu. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi!

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Avqust 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see367

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see275

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see233

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see217

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see196

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see196

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see194

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see193

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see189

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see188

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see183

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see183

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see182

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see173

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see168

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see163

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see162

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see161

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see161

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri