Icma.az
close
up
RU
Qisasa qisas yanaşması dünya iqtisadiyyatını tənəzzülə aparır ÜTT

Qisasa qisas yanaşması dünya iqtisadiyyatını tənəzzülə aparır ÜTT

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru Nqozi Okonjo-İveala xəbərdarlıq edib ki, ABŞ və Çin arasında artan ticarət gərginliyi yalnız iki ölkə arasındakı münasibətləri deyil, eyni zamanda qlobal iqtisadiyyatı da ciddi şəkildə sarsıda bilər. Onun sözlərinə görə, qarşıdurma davam edərsə iki ölkə arasında mal ticarəti 80 faizə qədər azala bilər və bu, uzunmüddətli perspektivdə qlobal real Ümumi Daxili Məhsulun (ÜDM) 7 faizə yaxın azalmasına gətirib çıxaracaq.

Okonjo-İveala yazılı açıqlamasında bildirib ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasında getdikcə artan “qisasa-qisas” yanaşması yalnız ikitərəfli münasibətlərə deyil, həm də qlobal iqtisadi sabitliyə mənfi təsir göstərəcək.

“İlkin təhlillərimiz göstərir ki, bu iki ölkə arasında mal ticarətində 80%-ə qədər azalma mümkündür. Bu isə yalnız ABŞ və Çin iqtisadiyyatIna deyil, xüsusilə inkişaf etməkdə olan və zəif iqtisadiyyata malik ölkələrə də ciddi zərbə vuracaq,” – deyə Okonjo-İveala qeyd edib.

Baş direktor eyni zamanda, geosiyasi bölünmələrin dərinləşməsinin qlobal ticarət üçün təhlükəli tendensiya olduğunu vurğulayıb:

“Qlobal iqtisadiyyatın iki ayrı bloka parçalanması, real ÜDM-in 7 faizə yaxın uzunmüddətli azalmasına səbəb ola bilər. Bu, ticarətin istiqamətinin dəyişməsinə və dünya üzrə koordinasiyalı cavab tələb edən ciddi təhlükəyə çevrilməkdədir.”

Nqozi Okonjo-İveala ÜTT üzvlərini bu prosesin qarşısını almaq üçün əməkdaşlıq və dialoqa çağıraraq bildirib ki, beynəlxalq ticarət sisteminin açıq və qaydalara əsaslanan prinsiplərlə idarə olunması üçün qlobal birliyin birgə fəaliyyət göstərməsi vacibdir.

“ÜTT bu kimi qlobal məsələlərin həllində mühüm dialoq platformasıdır. Qarşıdurma və parçalanma deyil, əməkdaşlıq və qarşılıqlı anlaşma yolunu seçməliyik.”

Qeyd edək ki, Nqozi Okonjo-İveala 2021-ci ildən ÜTT-nin Baş Direktoru vəzifəsini icra edir. O, həmçinin, Nigeriyanın ilk qadın maliyyə naziri olub və uzun illər Dünya Bankında çalışıb. 2024-cü ildə ikinci müddətə ÜTT-nin Baş direktoru seçilib. ​

​Ümumdünya Ticarət Təşkilatı  beynəlxalq ticarətin tənzimlənməsi və mübahisələrin həlli sahəsində əsas qurumlardan biridir. İndiyədək ABŞ və Çin arasında ticarət münasibətlərinin kəskinləşməsinə qarşı ÜTT bir sıra addımlar atıb.​

ÜTT-nin ABŞ və Çin arasındakı ticarət münaqişəsinə müdaxiləsi beynəlxalq ticarət sisteminin sabitliyini və ədalətliliyini qorumağa yönələ bilər. Lakin, təşkilatın qərarlarının icrası və ticarət qaydalarının müasir tələblərə uyğunlaşdırılması sahəsində hələ də ciddi problemlər mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri