Icma.az
close
up
RU
Qışda istiliklə təminat necə olacaq? Müvafiq qurumlar mövsümə hazırdır

Qışda istiliklə təminat necə olacaq? Müvafiq qurumlar mövsümə hazırdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 15-dən etibarən paytaxt Bakıya və respublikanın rayonlarına istiliyin verilməsinə start veriləcək. Ölkənin dağlıq ərazilərinə isə artıq bu ayın 1-dən istilik verilir.

Bu barədə AZƏRTAC-a məxsusi olaraq “Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Elvin Basqallı məlumat verib.

O bildirilib ki, qış rejimi vaxtına keçidlə bağlı hazırlıq işləri həyata keçirilib. Bu işlər çərçivəsində qazanxanalar yoxlanılıb, təmizlənib, oradakı 80 mindən çox avadanlıq saz vəziyyətə gətirilib: “Cəmiyyətin balansında olan min kilometrdən artıq magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılıb. Harada axıntı, qəza riskləri varsa, aradan qaldırılıb. Cari və ya əsaslı təmir işləri aparılıb, axıntı qeydə alınan xətlər dəyişdirilib. Ötən il 5 qazanxana sökülüb, yerində yenisi tikilib. Bu il isə 7 qazanxana sökülərək yerində yenisi inşa edilib”.

Elvin Basqallı deyib ki, hazırda “Azəristilik” ASC-nin balansında olan 3 min 871 yaşayış binası, təqribən 185 min mənzil, 449 təhsil müəssisəsi, yəni bağçalar və məktəblər, 152 səhiyyə obyekti, 2 min 224 sosial və təsərrüfat obyekti mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur. “İstiliyin qoşulması ilə bağlı müraciətlər var. Qazanxanalar yeniləndiyinə, güc artdığına, müasir tipli olduğuna görə ötən il də bir neçə bina müraciət edib və bu sistemə qoşulub. Fərdi mənzil sahibləri də müraciət edirlər və qoşulurlar. Məqsədimiz abonentlərin sayının çoxaldılması deyil, balansda olan mənzillərin və qeyri-yaşayış obyektlərinin istiliklə təminatında keyfiyyətin artmasına nail olmaqdır”, - deyə o vurğulayıb.

İstiliyin verilməsinin mümkün olmadığı yerlərin qazla təminatı məsələsinə gəlincə, "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev AZƏRTAC-a məxsusi olaraq bildirib ki, ölkəmizdə cari ildə 9 kəndin və 15 yeni yaşayış massivinin qazlaşması tamamlanıb, 12 kənddə və 2 massivdə qazlaşma işi davam edir. Qazlaşdırılmayan yaşayış məntəqələri isə respublikanın müxtəlif bölgələrində 900-ə yaxın kəndi əhatə edir. Bunlardan bir qisminin coğrafi mövqeyinə, ev sayına və qaz təchizatı mənbələrindən uzaq məsafədə yerləşməsinə görə qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilir. “Azəriqaz" İstehsalat Birliyi maliyyə imkanları çərçivəsində hər il respublikanın müxtəlif bölgələrində müəyyən sayda kənd və massivlərin qazlaşması işlərini davam etdirir. Birlik tərəfindən daşıyıcı və paylayıcı küçə qaz kəmərləri çəkilir ki, bunun nəticəsində əhalinin qaz infrastrukturuna əlçatanlığı təmin edilmiş olur. Paylayıcı küçə qaz xətləri çəkilikdən sonra vətəndaşlar fərdi qaydada "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə öz hesablarına daxili qazlaşmanı həyata keçirirlər. Lakin daha çox sayda kənd və massivlərin qazlaşdırılması üçün əlavə maliyyə resursları tələb olunur”, - deyə o diqqətə çatdırıb.

Qazlaşdırılmamış yaşayış məntəqələrinin və qeyri-yaşayış obyektlərinin odunla təminatı məsələsinə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aydınlıq gətirilib. Nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov AZƏRTAC-a məxsusi olaraq bildirib ki, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, həmçinin təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində odun tədarükü işləri aparılır. Bu barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsində həftəlik olaraq paylaşılır: “Odun tədarükü məqsədilə müəyyən edilən bütün qırma sahələrinin siyahısı avqustun 6-da nazirliyin rəsmi saytında yerləşdirilib. Ayrılmış sahələr barədə ətraflı məlumatla bu linkə (https://eco.gov.az/az/nazirlik/xeber?newsID=27634) keçid edərək tanış olmaq mümkündür”.

Ramik Əşrəfov əlavə edib ki, odun tədarükü Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalar əsasında həyata keçirilir. “Tədarük prosesi əsasən bioloji inkişafdan qalmış, köküstə qurumuş və yanğın təhlükəsi yarada biləcək quru, yıxılmış ağacların hesabına aparılır. Qırmaya aid ağaclar mütəxəssislər tərəfindən müəyyən olunur, nömrələnir və yalnız müvafiq rəy verildikdən sonra onların kəsilməsinə başlanılır. Qeyd edək ki, odun tədarükünə başlamazdan əvvəl regionlarda rayon sakinlərinin və ictimai fəalların iştirakı ilə ictimai dinləmələr keçirilir. Dinləmələrdə odun tədarükünün aparılacağı meşə sahələri barədə məlumat verilir və əhalinin proses barədə məlumatlı olması üçün maarifləndirici izahlar aparılır. Odun əldə etmək istəyən qazlaşdırılmayan kəndlərin sakinləri aidiyyəti üzrə Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər”, - deyə xidmət rəisi vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri