"Mənəviyyatsızlara reaksiya verin, ay müvafiq qurumlar..."
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Aparıcılığa savadsız, qeyri peşəkar və idimsizlər, ağzının danışığını bilməyənlər, nitqi qüsurlular belə gətirildi..."
Bakupost.az xəbər verir ki, bunu tanınmış aparıcı İlhamiyyə Rzayevə "Kanal S" televiziyasının aparıcısı Nigar Fərhadın efirdə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"İctimai qınaq oldu, rəsmi təpki olmadı. Barı ədəbsiz , tərbiyəsiz və mənəviyyatsızlara reaksiya verin, ay müvafiq qurumlar. İşiniz nədir sizin, maaşı nəyə görə alırsınız?", - deyə aparıcı bildirib.
Xatırladaq ki, "Kanal S" televiziyasının aparıcısı Nigar Fərhad "Sözün bitdiyi an" proqramında aşağıdakı fikirləri səsləndirib:
"Mənim oğlum olsa, ona atası olmayan bir qızı ala bilmərəm, çünki mən elə doğulduğum ailədən görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt heç kəsin oğlunu xoşbəxt edə bilməz".
Aparıcının bu fikirləri ictimaiyyət tərəfindən ciddi etirazla qarşılanıb.
Audiovizual Şuaradan bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq:
"Qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcək".
Zaur,BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 Aprel 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















