Icma.az
close
up
RU
Qışda niyə depressiv oluruq? Elmi səbəbi açıqlandı

Qışda niyə depressiv oluruq? Elmi səbəbi açıqlandı

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlərdə havaların kəskin soyuması və günlərin qısalması ilə bir çox insan eyni şikayətləri dilə gətirir: "Heç nə etmək istəmirəm." Bu, sadəcə mövsümi yorğunluq deyil, tibbi dildə SAD (Mövsümi Affektiv Pozuntu) adlanan vəziyyətdir.
Demokrat.az xəbər verir ki, Hər il qış gələndə enerji düşüklüyü, hədsiz yuxu istəyi və kədər hissi ilə mübarizə aparırsınızsa, tək deyilsiniz. Elm dünyası "Qış depressiyası"nın pərdəarxası səbəblərini açıqlayıb.
Ekspertlərin fikrincə, qış aylarında gün işığının azalması insan psixologiyasına birbaşa təsir göstərir. Günəş şüalarının azalması beyində serotonin hormonunun səviyyəsini aşağı salır. Serotonin əhvalın sabit qalmasında mühüm rol oynadığından, onun azalması kədər, laqeydlik və ruh düşkünlüyü yaradır.
Bununla yanaşı, qaranlıq saatların artması melatonin hormonunun daha çox ifrazına səbəb olur. Bu hormonun yüksəlməsi isə yuxululuq, halsızlıq və enerji azlığı ilə nəticələnir.
Qış aylarında D vitamini çatışmazlığı da depressiya riskini artıran əsas faktorlardandır. Günəş işığı ilə sintez olunan bu vitaminin səviyyəsi aşağı düşdükdə sinir sistemi daha həssas olur və psixoloji pozuntulara meyil artır.
Digər mühüm amil sosial həyatın məhdudlaşmasıdır. Soyuq hava şəraiti insanların açıq havada vaxt keçirməsini azaldır, fiziki aktivlik zəifləyir, sosial təmaslar minimuma enir. Bu vəziyyət insanın özünə qapanmasına və psixoloji gərginliyin dərinləşməsinə səbəb olur.
Qış depressiyasının əsas əlamətləri sırasında davamlı yorğunluq, əhvalın tez-tez düşməsi, diqqət dağınıqlığı, yuxu rejiminin pozulması və şirniyyata həddindən artıq meyl göstərilir. Bu simptomlar uzun müddət davam etdikdə, artıq mövsümi depressiyadan şübhələnmək olar.
Yəni, qışda depressiv hisslərin artması zəiflik əlaməti deyil. Bu, orqanizmin mövsümi dəyişikliklərə verdiyi təbii reaksiyadır. Məsələni vaxtında anlamaq və düzgün yanaşma qış aylarında psixoloji tarazlığın qorunmasında mühüm rol oynayır.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2026 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri