Icma.az
close
up
RU
Qışda sağlamlıq üçün qaçmaq yox, gəzmək daha faydalıdır

Qışda sağlamlıq üçün qaçmaq yox, gəzmək daha faydalıdır

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Qış aylarında immun sistemini möhkəmləndirmək üçün intensiv qaçış və ağır məşqlər əvəzinə sakit gəzinti daha faydalı hesab olunur. AzPost xəbər verir ki, bu barədə terapevt-həkim, “Medisina” Səhiyyə Mərkəzinin profpatoloqu Svetlana Burnatskaya “Çempionat” nəşrinə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, immun sisteminin normal fəaliyyəti üçün adi tempdə yerimək kifayətdir. Aparılan araşdırmalar göstərir ki, saatda 4–5 kilometr sürətlə, nəbzin dəqiqədə 100–120 vurğu səviyyəsində saxlanıldığı orta intensivlikli fiziki aktivlik immunitet üçün ən uyğun variantdır. Əksinə, qaçış və ya yoxuşa doğru sürətli yerimə kimi ağır yüklənmələr qısa müddətlik immun zəifləməyə səbəb ola bilər. Həkim bunu “açıq immun pəncərəsi” effekti ilə izah edib.

“Gəzinti zamanı özünüzü həddən artıq yormaq lazım deyil. Məqsəd qan dövranını, tənəffüsü və selikli qişaların qanla təchizatını dəstəkləməkdir”, – deyə Burnatskaya vurğulayıb.

Həkim qış gəzintilərindən maksimum fayda əldə etmək üçün bir neçə tövsiyə də verib. Onun sözlərinə görə, gəzinti fasilələrlə deyil, davamlı şəkildə olmalıdır. Bundan əlavə, tənəffüs gimnastikasına da diqqət yetirilməlidir: burunla yavaş nəfəs almaq və ağızla 2–3 saniyə davam edən nəfəs vermək bronxları möhkəmləndirir və infeksiya riskini azaldır.

Mütəxəssis qeyd edib ki, soyuq havada cəmi 30 dəqiqəlik sakit gəzinti belə gəzintidən sonra bir neçə saat ərzində immun sisteminin mühüm elementi sayılan təbii qoruyucu hüceyrələrin (NK-hüceyrələr) aktivliyini 15–20 faiz artıra bilər.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri