Icma.az
close
up
RU
Qışqıranlar, yoxsa susanlar Azərbaycanı kimlər sevir

Qışqıranlar, yoxsa susanlar Azərbaycanı kimlər sevir

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Siz heç görmüsünüzmü ki, kimsə hər gün dayanmadan “mən oğlumu sevirəm, qızımı sevirəm, atamı-anamı sevirəm, həyat yoldaşımı sevirəm” deyə qışqırsın?.. Qardaşını, bacısını sevən insan bunu hər gün dilə gətirməz. Sevgi deyilməz, yaşanar.

Sevgi səslə ölçülmür. Sosial şəbəkələrdəki paylaşımlarla sevgi dəyər qazanmır. Sevgi insan ruhunun özünə etdiyi səssiz bir anddır. Kampaniya sevgi ola bilməz. Layihə sevgi ola bilməz.

Yaşadığımız dünyada sevginin mənası xeyli dəyişib. Elə bil, bir az da modaya çevrilib. Dəqiqədə bir səsləndirilir ki, “mən Azərbaycanı belə sevirəm, xalqdan ötrü yanıb-tökülürəm”. Anlaşılır, bu sözlər səs-küy yaradır, bəyənmə yığır. Amma bu qışqırtının içində nə qədər həqiqət var?

Bilirsinizmi…

Əslində belə insanlar öz ailələrini də eyni üsulla “sevir”. Onlar ata-analarını, övladlarını, həyat yoldaşlarını sosial mediada nümayiş etdirərək sevgi göstərirlər.

Əsl sevgi tam başqadır. O, təmənnasız olur. Elə insanlar var ki, ömründə bir dəfə də olsun “mən Azərbaycanı sevirəm” deməyib. Amma hər gün bu dövlət üçün çalışıb. Onlar çiyinlərini yükün altına verib səssizcə işləyiblər. Qışqırmayıblar, yaratdıqları ilə görünürlər. Onlar üçün maraqlı deyil ki, kimsə inanacaq ya yox. Çünki özləri inanırlar. Belələri üçün sevgi tamaşa, Vətən manipulyasiya mövzusu deyil.

Dövlət, vətən, xalq müqəddəs anlayışlardır. Bunlar üzərindən oyun qurmaq yaramazlıqdır. Reytinq toplamaq ləyaqətsizlikdir.

Heç kim anasını sevgi ilə manipulyasiya etməz, Heç kim anasına olan sevgisini nümayiş etdirmək üçün səhnə qurmaz. Eyni ilə vətən sevgisi də belə olmalıdır.


Və ən vacibi odur ki, dövlət də, xalq da onları sevənləri bilir. Onları tarix də tanıyır, gələcək də tanıyacaq.

Tarixə baxaq. Rəsulzadə silahdaşları ilə birlikdə Cümhuriyyəti qurdu. Onlar bu yol uğrunda canlarını verdilər. Amma bir dəfə də olsun “baxın, biz vətəni sevirik” deyə qışqırmadılar.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı parçalanmaqdan qorudu. O, həyatını bu dövlətə həsr etdi. Onu bu yola vadar edən sevgi idi. Səməd Vurğunun “Azərbaycan” şeirini deyəndə kövrələn bir insanın sevgisi idi bu.

Prezident İlham Əliyev əsrlərin məğlubiyyətini tarixə çevirdi. Xalqın birliyini təmin edərək Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bu da Azərbaycan sevgisinin zirvəsi idi.

Polad Həşimov general idi. Amma o, bütün davranışları ilə hər şeydən əvvəl bir vətəndaş olduğunu göstərirdi. Həyatını bu torpaq üçün verdi. Amma bir dəfə də olsun “mən vətəni belə sevirəm” demədi. O, bunu göstərdi və tarixə yazdı.

İndi isə sual yaranır, Azərbaycanı kim sevir? Ona kim xidmət edir? Səs-küy qoparanlar, qışqıranlar, yoxsa səssizcə çalışanlar? Paylaşım edənlər, yoxsa çiyinlərinə yük götürüb görünməyənlər?

Yəqin siz də razılaşarsınız ki, sevgi səssiz olanda daha həqiqi olur. Bu gün bizə səsli sevgidən çox səssiz sədaqət lazımdır. Görüntüdən çox gerçəklik lazımdır.

Və unutmayaq ki, sevgi səhnə üçün yaranmayıb. Sevgi həyat üçündür. Odur ki, Azərbaycanı sevmək onu deməklə yox, yaşamaqla ölçülür.

Və bəlkə də ən böyük həqiqət budur, həqiqi sevgi heç vaxt özünü sübut etməyə çalışmır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Aprel 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri