Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Azı qərar, çoxu zərər...

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Qivami Rəhimli: Caz əfsanəsi Vaqif Mustafazadəyə həsr olunmuş möhtəşəm konsert “Caz şahzadəsi”ni doğma vətənə qaytarır

Qivami Rəhimli: Caz əfsanəsi Vaqif Mustafazadəyə həsr olunmuş möhtəşəm konsert “Caz şahzadəsi”ni doğma vətənə qaytarır

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 26 avqust, AZƏRTAC

bp şirkətinin hökumətlə əlaqələr üzrə baş müşaviri, ABƏŞ-in həyata keçirdiyi tədbirlərin layihə rəhbəri Qivami Rəhimli Azərbaycan musiqi mədəniyyətinin ən parlaq simalarından biri – Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş unudulmaz bir gecə barədə xatirələrini AZƏRTAC-lə bölüşüb.

1996-cı il martın 6-da Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən həmin konsert Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ARDNŞ-lə birgə təşkil etmişdi. Bu, sadəcə bir musiqi proqramı deyildi – Azərbaycan cazının banisi, dünya musiqi sənətində öz dəst-xəttini qoymuş Vaqif Mustafazadəyə ehtiram idi. Vaqif Mustafazadə öz musiqi dünyasını milli muğamın dərinliyindən və Qərb cazının azad nəfəsindən yaratmışdı. Onun qurduğu bu möhtəşəm sintez Azərbaycan musiqisini tamamilə yeni bir mərhələyə, dünya caz arenasına çıxarmışdı.

1978-ci ildə Monakoda keçirilən Dünya Caz Festivalında SSRİ-ni təmsil edən Vaqif Mustafazadə birinci yerə layiq görüldü.

Vaqifin ifasından heyrətə gələn dünya caz əfsanəsi, trubaçı Dizzi Gillespi o vaxt demişdi: “Vaqifin musiqisi başqa bir planetdən gəlir. Bu, gələcəyin musiqisidir!” Bepopun banilərindən biri olan Gillespinin dediyi bu sözlər Vaqifin dahiliyinin dərin bir etirafı idi.

1979-cu ildə Tbilisidə caz və bluzun “Kralı” kimi dünyaca məşhur olan B.B.King Vaqif Mustafazadə ilə eyni səhnəni paylaşanda onun sənət sehrinə valeh oldu. Vaqifin pianoda ifa etdiyi, bluzun dərin nəfəsi ilə yoğrulmuş sədalar salonda yayılanda B.B.King heyrətini gizlədə bilmədi: “Hamı məni Bluzun Kralı adlandırır, amma əgər sənin kimi piano çala bilsəydim, özümü Tanrı adlandırardım”.

B.B.Kingin Vaqifin piano məharətinə çata bilsəydi, “özünü bir kral deyil, ilahi bir varlıq hesab edərdi” deməsi bir əfsanəvi musiqiçidən digərinə ünvanlanmış nadir və səmimi bir ehtiram nümunəsi idi.

Təəssüf ki, Vaqif Mustafazadə dünya şöhrəti qazandıqdan sonra, 39 yaşında elə səhnədəcə ürək tutmasından dünyasını dəyişdi. Lakin onun ruhu və yaratdığı musiqi yaşayaraq əbədi irsə çevrildi. Bu əbədi irsi isə qızı - bu gün də dünya səhnələrində caz-muğamı yaşadan və ona yeni nəfəs verən Əzizə Mustafazadə böyük məhəbbətlə davam etdirir.

1996-cı ilin martında Vaqifin əlçatmaz musiqi nəfəsi Bakının Opera Teatrında bir daha duyuldu. Almaniyadan xüsusi olaraq bu konsert üçün Vətənə dönən Əzizə iki ildən sonra ilk dəfə doğma Bakının səhnəsində çıxış edirdi. Onun ifasında improvizasiya azadlığı, klassik musiqinin incəliyi və muğamın dərinliyi vəhdət təşkil edirdi. Tamaşaçılar bu ecazkar birləşməni ayaqüstü alqışlarla qarşıladılar.

Konsertdə, həmçinin Rafiq Babayevin studiyasından Siyavuş Kərimi, Tofiq Qəmbərovun rəhbərlik etdiyi məşhur “Qaya” ansamblı, bəstəkar Vaqif Gərayzadə və “Aypara” folklor-caz qrupu da çıxış edərək Azərbaycanın caz ənənələrinin zənginliyini nümayiş etdirdilər. Bu çıxışlar sübut edirdi ki, Vaqif Mustafazadənin yaratdığı məktəb artıq yeni nəslin nəfəsində yaşayır.

ABƏŞ prezidenti Terri Adams Prezident Heydər Əliyevə ünvanladığı məktubda konsertin mədəni əhəmiyyətini belə vurğulamışdı: “...Bu tədbir ABƏŞ/ARDNŞ İcma Konsertləri çərçivəsində ictimaiyyət üçün ödənişsiz olaraq təşkil olunub və Azərbaycanın görkəmli sənətkarı, dünyanın caz nəhənglərindən biri Vaqif Mustafazadəyə həsr olunub. Konsertdə mərhum Vaqif Mustafazadənin qızı, dünyaşöhrətli “Caz şahzadəsi” Əzizə Mustafazadə də iştirak edəcək. Hörmətli cənab Prezident, Siz hər zaman mədəniyyətə xüsusi diqqət və qayğı göstərmisiniz, fürsətdən istifadə edərək Sizi bu konsertə dəvət etmək mənim üçün böyük şərəfdir”.

Prezident Heydər Əliyev sıx iş qrafiki ilə əlaqədar konsertdə iştirak edə bilməsə də, tədbirdə ARDNŞ prezidenti Natiq Əliyev və birinci vitse-prezident İlham Əliyevin iştirakı onun əhəmiyyətini daha da artırırdı. Onlar konsertdən sonra keçirilən qəbulda musiqi gecəsi ilə bağlı xoş təəssüratlarını bölüşdülər.

Gecənin ən yaddaqalan məqamlarından biri isə Əzizə Mustafazadənin çıxışdan sonra Qivami Rəhimli ilə səmimi söhbəti oldu. Əzizə deyirdi ki, atasının enerjisini həmişə öz ətrafında duyur. Səhnədə olarkən elə anlar olur ki, onun varlığını, ruhunun öz yanında dövr etdiyini hiss edir. Fotoqraflar həmin anı əbədiləşdirmişdi. Qivami Rəhimli bu söhbət əsnasında dünyaşöhrətli pianoçunun atası caz əfsanəsi Vaqif Mustafazadənin musiqi diskini qızı Əzizəyə təqdim edir. ABƏŞ tərəfindən hazırlanmış bu hədiyyə sadəcə bir disk deyildi, bu Azərbaycanın mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi vədinin rəmzi idi. Əzizənin sevinc dolu təbəssümü və Qivami Rəhimlinin qürur hissi həmin gecənin ruhunu – sənət, minnətdarlıq və dostluq harmoniyasını mükəmməl şəkildə ifadə edirdi.

Opera Teatrının salonu tanınmış mədəniyyət xadimləri, sənət adamları və rəsmi şəxslərlə dolu idi. Ayaqüstü alqışlar, hörmətli qonaqların səmimi çıxışları bu konserti sadəcə bir musiqi tədbiri yox, milli qürurun təntənəsinə çevirdi.

Bu gecənin tarixi ovqatına yeni bir ahəng qatan Əzizə Mustafazadə mətbuata verdiyi müsahibələrdə yenidən Bakıda səhnəyə çıxmağın ona bəxş etdiyi dərin duyğularından danışdı. O, həm atasının əbədi irsi, həm də özünün musiqiçi kimi keçdiyi yol haqqında ürək sözlərini bölüşdü.

ABƏŞ/ARDNŞ İcma Konsertləri artıq Qara Qarayev Kamera Orkestrindən tutmuş Bakı Musiqi Akademiyasının gənc pianistlərinə qədər müxtəlif istedadları bir araya gətirmişdi. Amma bu konsert tamamilə özünəməxsus idi: o, keçmişin dahiliyini gələcəyin vədi ilə birləşdirirdi.

Gecənin son akkordları səslənəndə tamaşaçılar anlayırdılar ki, onlar sadəcə bir konsertin yox, Azərbaycan musiqisinin ruhunu, Vaqif Mustafazadənin əbədi irsini və onun gələcəyə baxışını yaşayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see431

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see400

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see217

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see173

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see145

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see136

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see135

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see134

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see132

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see129

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see125

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see125

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see124

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see124

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see122

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see122

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see122

Oktyabrın 13 dək depressiya və işdə problemlər gözlənilir Bürclərə XƏBƏRDARLIQ:

10 Oktyabr 2025 10:09see122

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see119

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri