Icma.az
close
up
RU
Azərbaycan caz musiqisinin əfsanəsi

Azərbaycan caz musiqisinin əfsanəsi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Caz-muğam üslubunun banilərindən biri olan Vaqif Mustafazadə zaman anlayışına sığışmayan bir insan ömrü yaşadı. O, gözəl pianoçu olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri yaratmış istedadlı bəstəkar kimi yaddaşlarda qaldı. 1940-cı il martın 16-da Azərbaycan musiqisi, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış dünyaşöhrətli cazmen Vaqif Mustafazadə anadan olub. İfası, novatorçuluğu ilə Azərbaycan caz musiqisinə yeni, orijinal üslub bəxş edən sənətkar yaşadığı qısa bir zaman məsafəsində dünyanı musiqisi ilə heyrətləndirə bildi. Yaradıcılığa kiçik yaşlarından başlayan Vaqif Mustafazadənin sənət uğurları məhz onun sənət səhifələrini bəzədi. Belə ki, sənətkar musiqisi ilə dünyaya səs saldı. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin yaradıcısıdır. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi caz-muğam adlanır. Sənətkarı Azərbaycan muğam caz hərəkatının memarı da adlandırırlar. Vaqif Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olduqdan bir il sonra 1958-ci ildə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində solist kimi əmək fəaliyyətinə başlayır. 1964-cü ildə o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və 1965-ci ildə Tbilisiyə köçür. Onu "Orera" ansamblına musiqi rəhbəri vəzifəsinə dəvət edirlər. Burada caz festivallarında və konsertlərdə müvəffəqiyyətlə çıxış edir. Tallində keçirilən Ümümdünya Caz Musiqisi Festivalında o, bir neçə kompozisiyanı ifa edir və maraqla qarşılanır.

Tərcümeyi-halında qeyd olunduğu kimi, 1968-ci ildə Azərbaycanın musiqi aləmində yüksək nüfuza malik olan məşhur bəstəkar, Azərbaycanın mədəniyyət naziri Rauf Hacıyevin təkidi ilə Vaqif Mustafazadə Tbilisidən Bakıya qayıdır. Doğma Bakı, İçərişəhərin dar küçələri, burada keçirdiyi uşaqlıq illərinin unudulmaz xatirələri, tanış insanların mehriban çöhrələri Vaqif üçün sanki yeni ilham mənbəyinə çevrildi və o, yaradıcı fəaliyyətinin yeni mərhələsinə qədəm qoydu. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olur. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının, bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır. Qısa müddətdə bu qrup bakılı musiqisevərlərin böyük rəğbətini qazanır. Bir il sonra 1971-ci ildə bəzi səbəblərə görə "Leyli" vokal qrupunun tərkibi və adı dəyişir. Bu dəfə "Sevil" adlanan qrup tamaşaçılara daha doğma, daha yaxın olur. Bu dövrdə müxtəlif mahnı və melodiyaların caz üslubunda yazılışları və videokliplərin təşkili işləri üzərində işləyən Vaqif Mustafazadə özünün həm də bacarıqlı, öz işini gözəl bilən və düzgün yol göstərən musiqi rəhbəri olmasını sübut etdi. O öz kompozisiyalarında tez-tez dünya və Azərbaycan klassiklərinin yaradıcılığına müraciət edir və onlardan bəhrələnirdi. Azərbaycan bəstəkarlarının əsərlərinə hədsiz rəğbət bəsləyən Vaqif Mustafazadə dahi Üzeyir Hacıbəylinin sənətkarlığı qarşısında baş əyir, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi peşəkar bəstəkarların yaradıcılığına böyük hörmətlə yanaşırdı.

1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna, 1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edir. Ansamblın belə adlanması heç də təsadüfi deyildi. Vaqif caz və muğamın incə sintezini ilk baxışda bir-birinə tam əks olan Şərq və Qərb aləmlərini birləşdirən musiqini çoxsaylı sənətsevərlərin yaddaşında əbədi həkk etdi. Kollektivdə işləyən peşəkar musiqiçilər ondan çox şey öyrənmişdilər. Bu, sözün həqiqi mənasında, yüksək musiqi məktəbi və öz üzərində daimi iş illəri idi.

1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birinci mükafatı almışdı. 1979-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına, 1982-ci ildə isə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. O, fortepiano konsertlərinin, "Muğam" simfoniyası və başqa fortepiano şedevrlərinin müəllifidir. Lakin bütün bunlar Vaqifin öz övladlarından - iki qızından ötrü həqiqi sənət adamının nümunəsi və etalonu olmasına, onlara gözəl tərbiyə və əla musiqi savadı verməsinə mane olmadı. Gürcüstanda keçirilən "Tbilisi 78" Ümumittifaq Festivalında Vaqif kiçik qızı Əzizə ilə birlikdə çıxış edirdi. Bu festivalda Vaqifin laureat adına layiq görülməsi, səkkiz yaşlı Əzizəyə isə festivalın xüsusi mükafatının verilməsi hər ikisinin qəlbində hədsiz qürur və sevinc hissləri oyatdı. O vaxt Vaqif bəlkə də heç təsəvvür edə bilməzdi ki, gənc Əzizə onun arzularını həyata keçirəcək, dünya şöhrətli musiqiçi olacaq. Təəssüf ki, Vaqif dünya caz səhnəsində çıxış edib öz məharətini göstərə bilmədi. Dövrün sərt qanunları çoxlu maneçilik və çətinliklər törədirdi. Yalnız bir dəfə, 1979-cu ildə Vaqifin Monakoda keçirilən Ümumdünya Caz Musiqi Müsabiqəsinə göndərdiyi "Əzizəni gözləyərkən" adlı kompozisiya, müəllifinin bütün dünya musiqiçiləri ilə rəqabət apara biləcəyini sübut etdi. Vaqif kompozisiyasının müsabiqədə birinci yer tutması, özünün isə dünya miqyaslı musiqiçilər arasında ən yaxşı ifaçı adına layiq görülməsi xəbərini alanda, bəlkə də ömrünün ən həyəcanlı və xoşbəxt anlarını yaşadı. Müsabiqədə qalib gəldiyinə görə ona hədiyyə kimi, sülh və həyat eşqinin rəmzi, sırf musiqi rəmzi olan "Ağ royal" verilmişdi. Vaqif Mustafazadənin musiqisi, bax, belə musiqi idi.

Azərbaycanda sosializm siyasətinin və sərt qaydaların hökm sürdüyü, heç də asan olmayan o illərə bu günümüzün prizmasından baxanda başa düşürük ki, Vaqif Mustafazadə kimi qeyri-adi, heç kəsə bənzəməyən pianoçu və bəstəkar üçün o dövrdə yaşamaq və işləmək heç də asan deyilmiş. Vaqif şəxsiyyətinin ətrafında həmişə çoxlu mübahisə və polemikalar olub, onun sağlığında da, ölümündən sonra da. O, cəmiyyətin yaratdığı stereotiplərə tabe olmurdu. Onun əsər və improvizasiyaları bu gün həm peşəkar caz musiqiçiləri, həm də onun işini davam etdirməyə cəhd göstərən gənclər tərəfindən diqqətlə təhlil və müzakirə edilir. Vaqif Mustafazadə öz zəmanəsinin görkəmli şəxsiyyəti idi. Gerçəkliyi qəbul etmək istəməyənlər daha canfəşanlıqla onun əleyhinə təbliğat aparsalar da, o, sənətdə bir etalon oldu. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər bununla da kifayətlənmirlər. Vaqifin televiziyada solo-konsert vermək cəhdi dəfələrlə boşa çıxır. Vaqif bu ədalətsizliyin, haqsızlığın fövqündə dayansa da, gündən-günə gərilən əsəblər özünü büruzə verir. 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat edir. Bakıda dəfn olunur. Bu, Vaqif Mustafazadənin həyat eşqi və enerjisi ilə dolu insanın, Azərbaycan caz musiqisinin əfsanəsi olan musiqiçinin son konserti oldu. Vaqif Mustafazadə yaratdığı əsərləri ilə Azərbaycan musiqi irsinə böyük töhfələr vermiş və bu gün onun əsrələri sənəti qiymətləndirən və musiqi zövqü olan insanlar tərəfindən böyük məhəbbətlə dinlənilir.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Dekabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see469

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see347

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see346

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see277

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see273

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see258

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see246

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see242

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see240

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see240

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see222

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see221

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see220

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see214

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see212

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see209

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see203

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see199

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see198

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri