Icma.az
close
up
RU
Qiymət artımı metronun xidmətinin yüksəldilməsinə xidmət edir

Qiymət artımı metronun xidmətinin yüksəldilməsinə xidmət edir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metro sahəsində tədbirlər mərhələli şəkildə həyata keçirilir.
Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC tərəfindən məlumat verilib.

"Proqram üzrə yeni metro stansiyalarının inşası, mövcud infrastrukturun yenilənməsi, əlavə vaqonların alınması, yeni depo tikintisi və enerji təminatı sistemlərinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Hazırda 10 yeni stansiyanın layihələndirilməsi işləri yekunlaşmaq üzrədir və müvafiq plana uyğun olaraq onların vaxtında tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Bununla yanaşı, daha bir yeni stansiyanın 2026-cı ildə sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. 
Metropolitenin “28 May–Əhmədli” sahəsində 34 cüt qatarla hərəkət sxeminə keçidin nəticəsi olaraq, ilk dəfə pik saatlarda qatarların hərəkət intervalı 1 dəqiqə 45 saniyəyədək azaldılıb. Metronun vaqon parkı da mütəmadi olaraq yenilənir və son dövrdə alınmış 65 yeni vaqondan 35-i artıq xəttə buraxılıb. Dövlət Proqramına əsasən 299 yeni nəsil vaqonun da alınaraq metropoliten xətlərinə buraxılması planlaşdırılır",-məlumatda deyilir. 
O da qeyd edilib ki, paytaxtın sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətlərinin davamlılığını təmin etmək və dövlət proqramında qoyulan hədəflərə çatmaq üçün tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir:

"Bu istiqamətdə əsas hədəflər qatar parkının yenilənməsi, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və ekoloji baxımdan daha səmərəli nəqliyyat mühitinin yaradılmasıdır. Bakı Metropoliteni qarşıdakı illərdə bu hədəflərə çatmaq üçün fəaliyyətini davam etdirəcək, sərnişinlərə daha yüksək keyfiyyətli, müasir və təhlükəsiz xidmət göstərilməsi üçün bütün imkanlardan istifadə olunacaq. 
Tarif dəyişikliyi bu məqsədlərə nail olmaq, beynəlxalq standartlara cavab verən dayanıqlı və innovativ metro sistemi qurmaq istiqamətində atılmış vacib addımlardan biri kimi dəyərləndirilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri