Icma.az
close
up
RU
Qiymət artımı gözləniləndir, çünki...

Qiymət artımı gözləniləndir, çünki...

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinin sərtləşdirilməsi və gigiyenik normalara nəzarətin artırılması həm məhsul keyfiyyətinin yüksəldilməsinə, həm də satış prosesində yeni qaydaların tətbiqinə səbəb olur. Bu barədə AQTA məlumat yayıb.
Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, qida təhlükəsizliyi tələblərinin və nəzarət mexanizmlərinin gücləndirilməsi bazar iqtisadiyyatı baxımından müsbət tərəfləri var:
“Amma müəyyən əlavə xərclər yaradan prosesdir. Bu dəyişikliklərin qiymətlərə təsiri bir neçə əsas səbəblə izah olunur. İlkin mərhələdə qiymət artımı gözləniləndir. Çünki yeni standartların tətbiqi, yəni saxlanma şəraitinin yaxşılaşdırılması, soyuducu sistemlərin qurulması, məhsulların daşınma qaydalarının təkmilləşdirilməsi, laborator analizlərin aparılması sahibkarlar üçün əlavə xərclər yaradır. Nəticədə, bu xərclər məhsulun qiymətinə təsir edən əsas amillərdən birinə çevrilir. Bundan əlavə, infrastruktur xərcləri də mühüm rol oynayır. Bazarların və sexlərin müasir, gigiyenik avadanlıqlarla təmin olunması üçün çəkilən xərclər məhsulun maya dəyərinə birbaşa təsir göstərir. Digər tərəfdən, sertifikatlaşdırma, mütəmadi yoxlamalar və sənədləşdirmə prosesləri üçün sərf olunan resurslar da qiymət artımına təsir edən amillər sırasındadır”.
O qeyd edib ki, bu standartların tətbiqinin müsbət tərəfləri də kifayət qədərdir:
“Belə ki, məhsulların daha uzun müddət saxlanılması, keyfiyyətinin qorunması və ümumilikdə qida təhlükəsizliyinin təmin olunması baxımından bu dəyişikliklər əhəmiyyətlidir. Eyni zamanda, beynəlxalq standartlara uyğun istehsal olunan məhsulların ixrac potensialı artır, bu isə yeni bazarlara çıxış imkanlarının genişlənməsi deməkdir. Bununla yanaşı, ailə kəndli təsərrüfatları və özünəməşğulluq fəaliyyəti ilə məşğul olan şəxslər mütləq şəkildə nəzərə alınmalıdır. Problemin əsas tərəflərindən biri ondan ibarətdir ki, iri zavod və sexlər üçün nəzərdə tutulan eyni tələblər kiçik ailə təsərrüfatlarına da tətbiq olunur. Halbuki, kiçik həcmli istehsalla məşğul olan ailələr üçün bu standartların maliyyə yükü olduqca ağırdır. Əvvəllər, xüsusilə sovet dövründə, insanlar öz evlərində hazırladıqları məhsulları, turşu, mürəbbə və digər ərzaqları bazarlarda sərbəst şəkildə sata bilirdilər. Bu gün isə həmin kiçik istehsalçılar iri müəssisələrlə eyni maliyyə və inzibati tələblərlə üz-üzə qalırlar ki, bu da onların fəaliyyətini çətinləşdirir. Aydın məsələdir ki, bu kateqoriyaya aid olan insanlar iri zavodlar kimi yüksək məbləğdə sertifikat və xidmət haqları ödəyə bilməz və ödəməməlidir də. Qərarlar qəbul edilərkən mütləq balans qorunmalı, xüsusilə ailə təsərrüfatlarının maraqları nəzərə alınmalıdır. Çünki ölkənin ərzaq təminatında bu təsərrüfatların payı kifayət qədər böyükdür. Son illərdə idxaldan asılılığın artmasının səbəblərindən biri də məhz kiçik təsərrüfatların zəifləməsi və bazardan çəkilməsidir. Əgər bu məqamlar düzgün nəzərə alınarsa, qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatların müsbət tərəfləri daha qabarıq şəkildə özünü göstərə bilər və həm istehlakçılar, həm də istehsalçılar üçün daha balanslı və dayanıqlı bir sistem formalaşa bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri