Zeytun apteklərində qiymət artımı
Icma.az bildirir, Modern.az portalına istinadən.
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən apteklər şəbəkəsi olan "Zeytun Pharmaceuticals" MMC haqqında inzibati xəta protokolu tərtib edib.
Bu barədə Modern.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkətin apteklərində dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb. Bununla da, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü bəndinə əsasən (Dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması) xəta törədilib.

Zeytun apteklərində Tarif Şurasının qərarlarına əməl edilmədiyi üzə çıxıb
18 İyun 2025 15:15
Rusiyada qiymət artımı...
12 Dekabr 2024 20:45
Rusiyada qiymət artımı sürətləndi...
27 Noyabr 2024 21:58
İstehsal artır, amma qiymət düşmür: zeytun yağında paradoks
26 Aprel 2025 17:02
Apple məhsullarında qiymət artımı gözlənilir
04 Aprel 2025 16:55

