Icma.az
close
up
RU
Qiymət artımı sürətlənir Daha hansı məhsullar bahalaşacaq? KONKRET

Qiymət artımı sürətlənir Daha hansı məhsullar bahalaşacaq? KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda bahalaşma davam edir. Son bir ayda təkcə kərə yağı yenidən bahalaşıb. Belə ki, marketlərdə kərə yağının qiyməti ötən aylarla müqayisədə təxminən 10 faiz artıb. Bu haqda Xəzər TV-nuin reportajında bildirilir.

Yanvar ayından etibarən aaş və pensiyalarda artım oldu. Bu da inflyasiyanı tətiklədi.

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Toğrul Maşallı deyib ki, yağın qiymətinin artmasında fərqli yanaşmalar var:

“İdxalın payı yüksək, yerli istehsalın payı isə aşağıdır. Eyni zamanda xammal bahalaşması, uzun müddət qiymətin müəyyən qədər sabit saxlanılması, sonra artırılması da bu siyahıya daxildir. Kərə yağı Azərbaycan bazarında bir neçə oyunçunun əlindədir. Bu da istər-istəməz müəyyən qiymət artımlarına səbəb ola bilər.

Maaş artımı da bahalaşmalara səbəb olan amillərdəndir. Çünki insanlar bir çox hallarda minimum əməkhaqqı alırlar. Rəsmi məbləğə əsasən bahalaşmanın olması da gözlənilən idi. Lakin əsas amil idxalın bahalaşması, xarici xammaldan asılılıq və sairdir. Bahalaşma yalnız yağda deyil, çörək və digər məhsullarda da müşahidə edilir. Bunu Dövlət Statistika Komitəsi də təsdiqləyir. Noyabr ayından etibarən qiymətlər daha sürətlə artmağa başlayıb”.


Toğrul Maşallı

İqtisadçının sözlərinə görə, bu ilin sonuna qədər inflyasiya daha yüksək səviyyədə olacaq:

“Bir sıra kommunal tariflərin artırılması da buna təsir edir. Hər kəs – istehsalçı, şirkət elektrik enerjisi, su, qaz və s. istifadə edir. Bunların hər hansının qiymətinin bahalaşması bütün zəncirə təsir edir. Bu gün hamı onlardan asılıdır.

İnflyasiya olduqca maaşlar artırılmalıdır deyə bir şərt yoxdur. Doğrudur, indeksasiya keçirilməlidir. Bir çox dövlətlərdə inflyasiya müəyyən səviyyəyə çatdıqdan sonra indeksasiya həyata keçirilir. Bizdə rəsmi inflyasiya dərəcəsi keçən ilin göstəricilərinə görə 3 faiz civarındadır. Orta əməkhaqqı 8 faiz artdığı halda inflyasiya göstəricisi ondan qat-qat aşağı idi. Azərbaycanda əhalinin gəliri çox aşağı, qiymətlər isə bununla müqayisədə yuxarıdır. Bu səbəbdən ərzaq məhsullarına daha çox vəsait xərclənir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Fevral 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see195

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see186

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see183

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see158

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see157

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see149

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see147

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see136

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri