Qiymətlər buna görə bahalaşır AÇIQLAMA
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ötən ilin son 4-5 ayında kredit faizlərində artım müşahidə olunub.
Mərkəzi Bankın məlumatına görə, artım cüzi olub və bu, dövlət xəzinə qalığının artımı ilə əlaqəlidir.
Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, kredit faizlərinin az və ya çox artması dolayı yolla bazar və xidmət sahələrində də qiymət artımına səbəb olur. Buna səbəb isə xüsusən də biznes kreditlərinin faizlərinin artmasıdır. Çünki bu artım həmin dövr üçün istehsal olunan məhsulun maya dəyərinə təsir edir.
Rəşad Həsənov bildirib ki, banklar faizlərdəki artımı qısamüddətli dövr üçün planlayıb. Uzunmüddətli dövr üçün isə faiz dərəcələrinin artan yox, azalan istiqamətdə hərəkəti gözlənilir.
Ekspert onu da qeyd edib ki, yanvar ayından etibarən artıq kredit faizlərində azalma müşahidə olunur. Bu isə orta dövrdə bazarda və xidmət sahələrində hiss olunacaq.
Daha ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 25 Yanvar 2025 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















