Qiymətlərin artması fonunda amerikalılara smartfonlarla bağlı GÖZLƏNİLMƏZ TÖVSİYƏ
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"iFixit" mütəxəssisləri amerikalı istehlakçılara artan texnologiya qiymətlərinə qarşı tədbir olaraq smartfon və digər cihazları təmir etməyi öyrənməyi tövsiyə ediblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu təklif cihazların təmiri üçün təlimatlar hazırlayan və xüsusi alətlər istehsal edən təşkilatın rəsmi saytında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi yeni gömrük rüsumları və qarşılıqlı məhdudiyyətlər səbəbi ilə smartfon, kompüter və digər texnoloji qurğuların qiymətlərində artım gözlənilir. Bu səbəbdən istehlakçılara öz cihazlarını ev şəraitində təmir etməyi öyrənmək məsləhət görülür.
"Keyfiyyətli ehtiyat hissələri və alətlər də bahalaşacaq, lakin ümumilikdə təmirin dəyəri yeni cihaz almaqdan xeyli ucuz başa gələcək", - deyə "iFixit" evdə təmirin üstünlüklərini vurğulayıb.
Mütəxəssislər həmçinin qeyd ediblər ki, istehsalçılar da bu prosesi dəstəkləməli, daha asan təmir olunan cihazlar istehsal etməli və istifadəçilər üçün ətraflı təmir təlimatları təqdim etməlidirlər.
"Təmir təkcə yaxşı biznes deyil, həm də dayanıqlı iqtisadiyyat və gələcək üçün həyati əhəmiyyət daşıyır. Bu gün təmir hər zamankından daha vacibdir", - deyə "iFixit" nümayəndələri bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Aprel 2025 03:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















