Icma.az
close
up
RU
Qiymətli daş dəyər itirməz...

Qiymətli daş dəyər itirməz...

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Əntiqə Qonaq
Əməkdar jurnalist

Onunla sosial şəbəkə üzərindən tanış oldum. Paylaşdığı gözəl şeirlər və məzmunlu statuslar diqqətimi cəlb etmişdi. Qarşıma çıxdıqca oxuyurdum. Müntəzəm izləyirdim də. Heç bir paylaşımını qaçırmırdım. Oxuduqca böyük zövq verirdi mənə. Arada yazışırdıq da. Həmyerlimiz olduğunu öyrənəndə daxilimdə bir qürur hissi yarandı. Nədən onu bu qədər gec tanıdığıma heyifsiləndim. Nədən indiyədək onun yaradıcılığı haqqında söz demədiyimə görə özümü qınadım da... Sonra Yazıçılar Birliyində düzənlənmiş yubiley tədbirinə dəvət aldım. İş yoldaşlarının, tələbələrinin, dostlarının, tanışlarının, ədəbiyyatçıların, elm adamlarının onun haqqında söylədiklərindən, ona verdikləri dəyərdən nə qədər fərəhləndiyimi izah edə bilsəm...

Elə bu yaxınlarda onun doğulub boya-başa çatdığı Xaçmaz rayonunda keçirilmiş möhtəşəm yubiley tədbirində söylənmiş fikirlər...

Yazıçılar Birliyinin sədri, sevimli Xalq yazıçımız Anarın onun həm istedadlı şair, məhsuldar yazıçı, fədakar alim, görkəmli elm fədaisi olması ilə yanaşı, həm də, intizamlı bir işçi, hörmətli əməkdaş, yorulmaz ədəbiyyat adamı, kollektivin sevimli üzvü olması barədə fikirləri onun yaşadığı illərini son dərəcə məhsuldar, yaddaqalan etdiyinin daha bir göstəricisi idi.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı hörmətli Elnur Rzayevin və digər çıxışçıların bu çəlimsiz, zərif vücudlu, incə ruhlu, xanım-xatın şəxsiyyətin həyat və yaradıcılığının çoxlarına qaranlıq qalan tərəflərini sevə-sevə, böyük həvəslə təhlil etmələri onun haqqında təəssüratımı daha da zənginləşdirdi və həm də bir yazar kimi vicdan borcumu mənə xatırlatdı...

Beləliklə, mən də bacardığım qədər bu fədakar xanımın, dupduru gözləri, dərin müşahidə qabiliyyətinə malik mənalı baxışları, hər zaman qarşısındakına söz deyəcək kimi təsəvvür yaradan üz ifadəsi, sakit duruşu ilə diqqətimi cəlb edən bu əziz insanın zəngin mədəni və mənəvi irsinə işıq salmaq fikrindəyəm. Buna nə dərəcədə nail olacağımı bilmədən belə...

Firuzə Məmmədli...

İnternetdən də axtarışlar etdim, Vikipediyaya da baş vurdum. O qədər dolu və məhsuldar bir həyat yolu keçib ki... On cildlik "Seçilmiş əsərləri"nə, indiyədək çapdan çıxmış 50-dək müxtəlif janrlarda - şeir, hekayə, monoqrafiya, elmi məqalə, tədqiqat əsəri, araşdırma, tərcümə, publisistik və s. yazılmış kitablarına... daha nələrə, nələrə nəzər salanda onun elmimiz, təhsilimiz, ədəbiyyatımız və gələcək nəsillər üçün etdiklərinin nəinki bir məqalə, heç kitaba da sığmayacağından tam əmin oldum. Və həqiqətən bu cür kitaba da ehtiyac duyulduğunu vurğulamaq istəyirəm. Qismətsə, inşallah.

Firuzə xanımın tərcümeyi-halını, keçdiyi həyat yolunu, aldığı təltifləri, elmə verdiyi töhfələri öyrəndikcə düzü, həm heyran qaldım, həm də təəccüb hissi keçirdim. Bu xanım 15 yaşında ikən Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülüb. Fikirləşirəm ki, orta məktəb illərində sovxoza məhsul yığımına cəlb edilərdik. Həmin ərəfədə göstərdiyi zəhmətkeşliyinə görə ola bilər. Özü də təsdiqləyib əlavə etdi ki, əla oxuduğum və məktəbyanı tədris-təcrübə sahəsində yetişdirdiyim yeni alma növünə görə təltif olundum. Bağçılıq sahəsini seçsəydi, çox təcrübəli aqronom, həm də alim olardı çox güman ki. Ondan dörd il sonra orta məktəbi yüksək qiymətlərlə bitirdiyinə görə gümüş medal qazanıb. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o zamankı adı APİ) dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra, 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən türkdilli xalqların şeir müsabiqəsində birincilik qazanaraq qalib kimi "Əlişir Nəvai" mükafatının sahibi olub. "Rəsul Rza", "Nəsimi", "Qızıl kəlmə" mükafatları da onun şeirlərinin firuzə qaşı kimi hər zaman dəyərini artırmaqdadır. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı, 2021-ci ildə lll dərəcəli "Əmək" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsü olub.  Sadaladıqca bitib-tükənməz bir uğur yolçuluğu. Və bu nailiyyətləri ömrünün illərinə, aylarına, günlərinə, bəlkə dəqiqələrinə bölsək, yüksüz, çəkisiz təqvim tapmaq olmaz. Əlbəttə, mən yalnız mükafatların ordenlərlə, medallarla, diplomlarla, fəxri fərmanlarla ehtiva edilən tərəfini düşünmürəm. Bunun insan resursları tərəfi də var. Firuzə xanım düz 50 il bir zamanlar tələbəsi olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim işləyib, 1990-cı ildə "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Dilçilik kafedrasının dosenti olub. Dilçilikdən, ədəbiyyatdan dərs deyib tələbələrinə - gələcəyin müəllimlərinə. Yəni təcrübəli və istedadlı müəllim gənc müəllimlər yetişdirib. Özü də tükənməz bir sevgi ilə, böyük bir şövqlə, məsuliyyət hissi ilə, peşəkarcasına. Həm də tələbkar, qətiyyətli, ciddi, güzəştsiz bir pedaqoq. Əslində öncədən sadaladığım ödüllər ikincilərin yanında çox sönük görünür. Məhz ona görə də, Firuzə xanımın yaşadığı həyatın hər anı böyük anlam daşıyır. Orada boş yer, mənasız bir an yoxdu. Dərin müşahidə qabiliyyətinə malikdir. Təxəyyülü güclüdür. Səbirlidir, inadkardır, məqsədinə doğru irəlilədiyi yoldan kimsə sapındıra bilməz onu, fikrindən yayındırmaq mümkünsüz bir şey. 78 il bundan öncə birinci sinfə gedərkən əlinə qələm tutub hərfləri yazmağı, tanımağı öyrənməyə başladığı gündən ta bu ana qədər oxuyur, mütaliə edir, öyrənir, tətbiq edir. Elm aləminə yeni-yeni töhfələr verir. Onlarla elmi məqaləsi, monoqrafiyası, tədqiqat əsəri, bədii sənət nümunəsi xalqımızın mədəni irsinə verilən ən qiymətli töhfələrdir.

Firuzə Məmmədlinin tərcümələri də bir ayrı yazının mövzusudur. Türk, rus, özbək, tacik, fars dillərindən tərcümə etdiyi şeir nümunələri oxucular tərəfindən maraqla qarşılanır. Hər tərcümə əsəri barədə ayrıca danışsaq, uzun bir siyahı alınar. Bundan başqa, onun əsərlərinə xarici ölkələrdə də maraq çoxdu. Onun müxtəlif janrlarda yazdığı əsərləri, ən çox da şeirləri ingilis, rus, özbək, türkmən, gürcü, Ukrayna, polyak, fransız, türk, fars dillərinə tərcümə olunmuşdur. Türkiyədə və İranda kitabları dərc olunub. Türkiyədə bir şeirinə musiqi də bəstələnib.

Firuzə xanımın yaradıcılığının ən mühüm qollarından biri də şeirlə bağlıdır. 1963-cü ildə Xaçmaz rayonunda çıxan "Dostluq" qəzetində çap olunmuş "Ay həkim" şeiri ilə ədəbi fəaliyyətə başlayan Firuzə xanım bu günədək qələmi əlindən yerə qoymayıb. Düz on il sonra - 1973-cü ildə ilk şeirlər kitabı "Gümüşü damla" çapdan çıxıb. Daha sonra demək olar hər il, iki ildən bir yeni şeir kitabları ilə oxucuların görüşünə gəlib. Bu yazıda onun "A dostlar, a tanışlar" adlı bircə şeirini verirəm. Təbii ki, hər sətri, hər bəndi 85 illik kamil bir ömrün anlarını xatırladan bu cür şeirləri yüzlərlədir. Və bu say bu gün də artmaqda davam edir. Çünki firuzə gözlü Firuzə xanımın ilham çeşməsi bulaq kimi çağlamaqdadır.

Firuzə xanım vətənpərvər, qəlbi vətən sevdasıyla dolu bir ziyalımızdır. Hələ 1965-ci ildə o, tələbə ikən Bütöv Azərbaycan uğrunda tələbə hərəkatına qoşulub və bu yolda dönməzliyini, iradə və əzmini, mübarizliyini odlu-alovlu çıxışlarında sərgiləyib. Azərbaycanı Bütöv görmək, o taylı bu taylı soydaşlarımızla yenidən eyni bayraq altında birləşib xoşbəxt yaşamaq onu bir ziyalı kimi həmişə düşündürüb və bu arzusuna qovuşmaq üçün həmişə bir əsgər kimi hazır olub.

Əzizimiz, sevimlimiz, dəyərlimiz, qiymətlimiz Firuzə xanım, Sizi ömrünüzə yazılacaq növbəti illərdə daha da sağlıqlı, məhsuldar, fədai, şeirimizin bayraqdarı bir xanım kimi görmək diləklərimlə... 

A dostlar, a tanışlar

Uzaq sanırdım elə, yaxın bilib gəlmişəm,

İçimdə bardaş quran səbrə gülüb gəlmişəm.

Gözümdə - həsrət yaşı... sözlə silib gəlmişəm,

Sizə doğru gəlmişəm, a dostlar, a tanışlar.

Bəlkə də səhv etmişəm, düz etmişəm, bəlkə də,

Bildim-bilmədim, elə söz etmişəm, bəlkə də.

Barışmağı-küsməyi tez etmişəm, bəlkə də, -

Oğrun-oğrun gəlmişəm, a dostlar, a tanışlar.

Həm mənimmiş, həm sizin, öz izim deyiləmmiş,

El-oba məzəmməti, xoş üzü deyiləmmiş.

Bu nə yeriş, bu nə nitq?! Mən özüm deyiləmmiş,

Yaman yorğun gəlmişəm, a dostlar, a tanışlar.

Aylar, illər arxada, fikrim, hissim dolaşıq,

Oğrun baxışınızda - gəlişimə yol açıq.

Demirəm ki, gəlirəm, qarşılayın, qol açın,

Şaxta, çovğun gəlmişəm, a dostlar, a tanışlar.

Bir az ömür soyuğu, bir az möhnət soyuğu,

İradə yoxluğunda - bir az töhmət soyuğu.

Məni çovğun elədi bir də şöhrət soyuğu,

Solub, solğun gəlmişəm, a dostlar, a tanışlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri