Icma.az
close
up
RU
Bəxtiyarşünaslığa qiymətli töhfə

Bəxtiyarşünaslığa qiymətli töhfə

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Bu il görkəmli ədəbiyyatşünas-alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyidir. Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbərliyi altında bu il Türk dünyasının görkəmli alimlərinin iştirakı ilə Bakıda, Şəkidə, Xankəndidə Bəxtiyar Vahabzadənin çoxşaxəli ədəbi-elmi yaradıcılığına həsr olunmuş elmi simpoziumlar keçirilib, 1450 səhifədən ibarət konfrans materialları dərc olunub. Eyni zamanda, Fondun əməkdaşları ədibin əsərlərini Türkiyə türkcəsinə çevirərək "Hamımız bir gəminin yolçusuyuq" adı ilə nəşrə hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, Fondun layihəsi əsasında Bəxtiyar Vahabzadə yaradıcılığına böyük ehtiramla qələmə alınmış "İstiqlal idealına tapınan böyük şair" monoqrafiyası işıq üzü görüb. Əsər bütövlükdə Bəxtiyarşünaslığa qiymətli töhfədir. Şairi yaxından tanıyan, yaradıcılığına dərindən bələd olan tədqiqatçı alim Həbibulla Manaflının bu elmi monoqrafiyası Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi şurasının iclasının qərarına əsasən çap olunub.

Milli Məclisin deputatı Cavanşir Feyziyevin layihə rəhbərliyi və “Ön söz”ü ilə oxuculara təqdim olunan kitab giriş, 5 fəsil və geniş nəticədən ibarətdir.

Kitabın redaktorları Milli Məclisin əməkdaşı Günel Mustafayeva və ADPU-nun Şəki filialının dosenti Vüsal Baxışovdur. Rəyçilər AYB-nin Şəki bölməsinin sədri Vaqif Aslan, tanınmış alimlər Lətifə Məmmədova və Fikrət Əsgərovdur. Bədii tərtibat Fondun əməkdaşı Xəyalə Əfəndiyevaya məxsusdur.

Qeyd edək ki, "İstiqlal idealına tapınan böyük şair" sadəcə şairin yaradıcılığını əhatə edən təhlillərdən ibarət əsər deyil, ali məktəblərin müəllim və tələbələri, Bəxtiyar yaradıcılığı ilə dərindən maraqlanan oxucu auditoriyası üçün həm də dəyərli elmi mənbədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see212

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see204

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri