Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Kitab qiymətli hədiyyədir

Kitab qiymətli hədiyyədir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

14 fevral – Beynəlxalq kitab bağışlama günü 2012-ci ildən qeyd edilir. Bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Əsas məqsədi, adından da göründüyü kimi, kitab bağışlamaqla gənc nəslə mütaliə vərdişi aşılamaq, insanların mənəvi zənginliyini artırmaqdır.   

Bayram münasibətilə ölkəmizdə də kitab bağışlama aksiyaları,  görüşlər və sərgilər təşkil edilir. Azərbaycan Dövlət Pedaqoji Universitetində Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunan tədbir keçirilib. Bakı şəhəri Nəsimi rayonu general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin müəllim və şagirdləri də iştirak ediblər.

Mərkəzinin direktoru Zinharə Həsənova çıxışında deyib ki, Beynəlxalq Kitab Bağışlama Günü onların təşkiltçılığı ilə hər il ənənəvi olaraq müxtəlif məktəblərlə birgə keçirilir. Başlıca hədəf uşaqlarda kitaba sevgi, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək ovqatını gücləndirməkdir. 

Universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təhsilin xalqların taleyindəki rolundan bəhs edib. Rektor müasir dövrün çağırışlarına cavab verən gənc kadrların hazırlanmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, uşaq, yeniyetmə və gənclər arasında oxu vərdişini gücləndirməklə buna nail olmaq mümkündür.

Görüşün sonunda şagirdlərə kitablar hədiyyə olunub.

***

Sumqayıt Dövlət Dram Teatrında Beynəlxalq Kitab Bağışlama Günü kreativ layihə ilə yadda qalıb. Belə ki, teatrın yeni yaranacaq kitabxanası üçün bir kitab gətirən hər tamaşaçı “Ocaq” tamaşasına dəvətnamə əldə edib. Tədbirə qatılan Milli Məclisin deputatları Elnarə Akimova, Aydın Hüseynov, Ceyhun Məmmədov, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini və başqaları beynəlxalq günün önəmindən, insanlarda mütaliə mədəniyyətinin yüksəldilməsi zərurətindən danışıb və şəxsi kitabxanalarından müəyyən nəşr nümunələrini teatra hədiyyə ediblər.

Şəhər ədəbi mühitinin tanınmış simaları, Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə heyəti layihədə fəallıq göstəriblər. Daha sonra qonaqlar ünlü türk yazar Turqut Özakmanın yazdığı “Ocaq” psixoloji dram əsərinə teatrın baş rejissoru, Xalq artisti, Qızıl Dərviş mükafatı laureatı Firudin Məhərrəmovun quruluşunda tamaşa ediblər.

***

“Qədim Qala” nəşriyyatı bayramla əlaqədar özəl endirimlər tətbiq etməklə hər kəsə istədiyi kitabı almaq imkanı yaradıb. Eyni zamanda mütaliəsevərlər arasında öz kitab rəflərində uzun müddətdən bəri qalıb, oxunmayan nəşrləri yeni sahibinə ötürmək və beləliklə, hər kəsin kitab oxumasına şərait yaratmaq da təşviq edilib. Bir gündə 50-ə yaxın kitab güzəştli qiymətə satılıb. Nəşriyyatda aksiya davam edir. 

*** 

Kitab Bağışlama Günü ilə əlaqədar paytaxtın Nizami rayonu 12 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri 318 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinə çoxsaylı kitab hədiyyə ediblər. Aksiya uşaqlarda kitaba məhəbbət oyadılması və hədiyyə etmək vərdişinin formalaşması baxımından yüksək dəyərləndirilib.   

***  

Nəhayət, qeyd edək ki, “Xalq qəzeti” redaksiyasında işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yaradılan kütləvi kitab-
xanaların fondunu zənginləşdirmək məramı ilə kitab toplama aksiyasına start verilib. Qəzetin oxucuları da aksiyaya qatıla bilərlər.          

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri