Icma.az
close
up
RU
Qiymətli daşlar sağlamlıq üçün nə VƏD EDİR

Qiymətli daşlar sağlamlıq üçün nə VƏD EDİR

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

İnsanlar qiymətli daşlardan əsasən zinyət əşyaları kimi istifadə edirlər.

Zaman-zaman bu cür gözqamaşdıran əşyalar dəbə uyğun formasını dəyişsə də, orqanizmə təsirini dəyişmir. Ayrı-ayrılıqda hər bir qiymətli daşın orqanizmə öz təsiri var.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Zümrüd göz xəstəliklərinin şəfqət daşıdır. Bu qiymətli daşın yaşıl rəngi gözlərdəki gərginliyi götürməklə yanaşı sinir sistemini də sakitləşdirir.

Zümrüd iltihabi proseslərə və infeksiyalara qarşı mübarizə aparır. Sidik kisəsi və sidik yolları xəstəliklərinin müalicəsinə kömək edir. Bu daş yanıqları, diabeti, ürək ağrılarını müalicə edir, qan təzyiqini aşağı salır. Zümrüd daşı həmçinin qaraciyərin fəaliyyətini normallaşdırır, yuxusuuzluq problemini aradan qaldırır, vərəmin müalicəsini asanlaşdırır.

Kəhrəba hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicə daşı kimi tanınıb. Hal-hazırda da təbabətdə bu daşdan geniş istifadə olunur. Kəhrəba baş və diş ağrılarını götürür, ürəyin fəaliyyətini yaxşılaşdırır, orqanizmi maqnit dalğalarından qoruyur.

Bu daşın qana təsiri olduqca müsbətdir. Kəhrəbada yodun miqdarı çox olduğundan o qalxanabənzər vəzin müalicəsində və profilaktikasında geniş istifadə olunur. Bu qiymətli daş şiş xəstəlikləri üçün də faydalıdır. Kəhrəba daşı maddələr mübadiləsini normallaşdırmaqla yanaşı böyrək və bağırsaqların fəaliyyətini də yaxşılaşdırır.

Mirvari tibet təbabətində yaddaşsızlıq və sinir sistemi xəstəliklərinin müalicəsində istifadə olunub. Qədin çinlilər isə ondan görmə qabiliyyətinin gücləndirilməsi və qulaq xəstəlikləri üçün istifadə ediblər. Bu daşın insan orqanizminə bir çox müsbət təsirləri var. Mirvari güclü qankəsici təsirə malikdir. O bədənin ümumi tonusunu normallaşdırır. Xalq təbabətində mirvarinin suyundan da istifadə edilir. Mirvari suyu iltihablara qarşı effektli vasitədir.

Firuzə gecə narahatlığını və yuxusuzluq problemlərini aradan qaldırır. Bu daşın orqanizmə müsbət təsirlərindən biri də baş ağrılarını, ümumi halsızlığı və yorğunluğu aradan qaldırmaq xüsusiyyətinə malik olmasıdır. Bu daşdan hazırlanmış əşyanı üzərində gəzdirən şəxsin sağlamlığında problemlər yarananda o rəngini dəyişməyə başlayır ki, bu da həmin insan üçün xəbərdarlıqdır.

Almaz daşı yuxusuzluğu aradan qaldırır, mədə xəstəliklərinə və infeksiyalara qarşı mübarizə aparır, orqanizmin yüksək temperaturunu aşağı salır, maddələr mübadiləsini tənzimləyir, böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, dəri xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir. Bu qiymətli daş həmçinin sinir sistemi və ürək üçün də faydalıdır.

Sapfir bel ağrılarına, tənəffüs orqanlarının xəstəliklərinə, astma xəstəliyinə, iltihablara, şəkər xəstəliyinə kömək edir. Qədim zamanlarda sapfirdən göz xəstəliklərinin müalicəsində istifadə olunub. Bu qiymətli daş böyrəklər üçün də faydalıdır. O həm də qan təzyiqini aşağı salır.

Rubin onurğa və oynaq xəstəliklərinin müalicəsinə kömək edir, həzm sisteminə, qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir, qanaxmaların qarşısını alır. Tibb mütəxəssislərinin qənaətinə görə rubinin qırmızı şüaları orqanizmin immun sistemini fəallaşdırır, beyin fəaliyyətini artırır, potensiyanı gücləndirir.

Əqiq (aqat) daşının rəngləri çox olduğu kimi insan orqanizminə müsbət təsirləri də çoxdur. Bu daş bədəndə olan ağrıları götürür, qorxu hissini aradan qaldırır, damarları möhkəmləndirir, dəri xəstəliklərinin müalicəsinə kömək edir, insanın ümumi əhvalına müsbət təsir göstərir. Əqiq daşı həmçinin cinsi fəallığı da artırır.

Sağlamlığınızın qiymətini bilirsinizsə qiymətli daşların müsbət təsirindən siz də bəhrələnin. Təbii ki, imkan daxilində...

İlham Cəmiloğlu

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:307
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri