Icma.az
close
up
RU
Qız uşaqlarını xilas etməliyik ÇAĞIRIŞ

Qız uşaqlarını xilas etməliyik ÇAĞIRIŞ

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Erkən evliliklərin qarşısını almaq üçün yalnız qanunla yox, ailə və məktəb səviyyəsində maarifləndirmə aparmaq vacibdir. Qız uşaqlarının təhsilini davam etdirməsi, onların qərarvermə və öz həyatları üzərində söz sahibi olma bacarığının gücləndirilməsi əsas prioritet olmalıdır.

Bu sözləri Tribunainfo.az-a Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai azyaşlı qızların erkən evliliyə məcbur edilməsi, bu problemdən çıxış yolları ilə bağlı danışarkən deyib. İB sədri əlavə edib ki, erkən evliliklər həm hüquqi, həm də sosial və mədəni problemdir:

“Bəli, bəzən bu hallara görə kimlərsə cəzasız qalır, lakin problem təkcə hüquqi mexanizmlərin işləməməsində deyil. Bu, həm də düşüncə tərzinin, ənənələrin yanlış şərhinin və qız uşaqlarına münasibətin nəticəsidir. Qız uşağını “yüklənmədən qurtulmaq”, “bir ailəyə tapşırmaq”, xoşbəxtliyin yalnız evlilikdə görülməsi kimi baxışlar hələ də bəzi ailələrdə qalmaqdadır.
Təəssüf ki, bu düşüncə qızların təhsil hüququnu, uşaq olma haqqını əlindən alır və onları psixoloji, fiziki və sosial cəhətdən ağır nəticələrlə üz-üzə qoyur.
Erkən evliliklərin qarşısını almaq üçün yalnız qanunla yox, ailə və məktəb səviyyəsində maarifləndirmə aparmaq vacibdir. Qız uşaqlarının təhsilini davam etdirməsi, onların qərarvermə və öz həyatları üzərində söz sahibi olma bacarığının gücləndirilməsi əsas prioritet olmalıdır”.

S.Fədai əlavə edib ki, bu problemin həllində cəmiyyət olaraq hamımız məsuliyyət daşıyırıq:

“Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi olaraq biz illərdir bildiririk: “Təhsil qız uşaqlarının qoruma mexanuzmidir”. Hər bir qız uşağının təhsildən, sevincdən, uşaq olma haqqından məhrum edilmədən böyüməsi üçün cəmiyyət olaraq məsuliyyət daşıyırıq.

Bu cür faciələrin bir daha yaşanmaması üçün dövlət qurumları, QHT-lər, məktəblər, din xadimləri və valideynlər birgə hərəkət etməli, qız uşaqlarının erkən nikahdan qorunması üçün real mexanizmlər işləməlidir. Çünki hər bir itirilən qız ömrü bir millətin gələcəyindən qoparılmış parça deməkdir”.

Nigar İxtiyarqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri