Qızdırmanı salmaq üçün hamının məsləhət bildiyi bu üsuldan ƏSLA istifadə etməyin!
Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.
Yüksək temperaturu aşağı salmaq üçün uşaqları sirkə, aspirinli, buzlu və ya soyuq su ilə yuyundurmaq və ya dəriyə sürtmək çox zərərlidir.
Publika.Az xəbər verir ki, bununla bağlı Türkiyənin Qaradəniz Texniki Universitetinin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Yaqub Aslan açıqlama verib.
Türkiyəli mütəxəssis yüksələn temperatura həssas yanaşılmasının vacib olduğunu bildirib.
"Xüsusən də, temperatur 38 dərəcəni keçəndə valideynlər diqqətli olmalıdır. Qusma, ishal, ümumi vəziyyəti normal olan, qidalanmasında problem olmayan uşaqlarda 38 dərəcədən yüksək temperaturu endirmək üçün ilıq su kompresi edilə bilər. Ancaq soyuq və ya buzlu su ilə yuyundurmaq, sirkəli su, spirtli içki ilə bədəni silmək zərərlidir. Spirt, sirkə ilə bədəni silmək uşağın temperaturunu aşağı salmaq əvəzinə dərinə sorularaq zəhərlənmələrə səbəb ola bilər. Ən dəhşətlisi ilə uşağı soyuq və ya buzlu su ilə kompres etməkdir. Bu üsul temperaturu aşağı salmaz, temperaturun bədənin daxilində qalmasına səbəb ola bilər".
Y.Aslan həmçinin soyuq və buzlu su ilə kompresin üşüməyə səbəb olacağını, hətta yuxarı tənəffüs yolları xəstəlikləri, qrip, soyuqdəymə yarada biləcəyini diqqətə çatdırıb:
"Uşağın üşüməyəcəyi və ya titrəməyəcəyi qədər isti su ilə onu yuyundurmaq, dəriyə kompres qoymaq daha yaxşı üsldur. İlk kompres və ya duşla temperatur düşmürsə, həkimə müraciət edilməlidir".
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 16 Noyabr 2024 06:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















