Icma.az
close
up
RU
Qızı 16 17 yaşda ərə vermək “Nə qədər tez ailə qursa...”

Qızı 16 17 yaşda ərə vermək “Nə qədər tez ailə qursa...”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər Azərbaycanda 16-17 yaşlı qızların ailə qurması halları artmaqdadır. Erkən nikah halları xüsusilə regionlarda daha geniş yayılıb və cəmiyyətin müxtəlif təbəqələrində bu məsələyə yanaşmalar fərqlidir. Bir çox hallarda fiziki və davranış baxımından yetkin görünən yeniyetmə qızların ailə həyatı qurmağa hazır olduqları düşünülür. Bu yanaşmanın psixoloji cəhətdən nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq məqsədilə mövzu üzrə psixoloqun rəyinə müraciət etdik.

Münasibətlər üzrə mütəxəssis Elnarə Kərimova “Yeni Sabah”a açıqlamasında bu barədə danışıb. Vurğulayıb ki, evlilik üçün ideal yaş həmişə mübahisəli mövzu olub:

“Müzakirələrin aparıldığı yerdən və müzakirəni aparan kontingentdən asılı olaraq, rəylər də dəyişir. Məsələn, əgər dini kəsim evlilik üçün ideal yaşın 18 olduğunu iddia edə bilirsə, tibbi kəsim bu yaşın oğlan və qızlar üçün fərqli olduğu, müvafiq olaraq 24-27 olduğu fikrində daha çox həmrəydir. Ona görə də bu istiqamətdə elmi-tibbi araşdırmalar çoxşaxəlidir və ölkələr üzrə də dəyişir. Məsələn, Avropada 18 yaşlı qızların evliliyi az qala sensasiya kimi görünürsə, Azərbaycan cəmiyyəti üçün o qədər də qorxulu görünmür. 

Amma onu da qeyd etmək lazımdır ki, bəzi ailələrdə hələ də qızların 17-18 yaşda ailə həyatı qurmasına normal baxış var və bunun səbəbləri də müxtəlifdir. Əgər əvvəllər bu səbəblər arasında sosial-iqtisadi problemlər ön plana çıxırdısa, son illər fərqli səbəblərin şahidi oluruq. İndi bu düşüncəni bölüşən ailələr daha çox gənclərə nəzarətin çətin olduğunu, sosial şəbəkələrin həyata nüfuz etməsi səbəbindən davranışların, düşüncələrin dəyişdiyini, bir sözlə, “nə qədər tez ailə qursa, söz-söhbət də az olar, qoy gedib evini-ailəsini bilsin” fikrini  bölüşürlər. Yəni maddi durum arxa plana düşüb. Bunun bir səbəbi də təbii ki, ailədə uşaq sayının az olmasıdır. Altı uşağın böyüdüyü ailə ilə iki uşağın böyüdüyü ailənin üzləşdiyi çətinliklər eyni deyil”. 

E.Kərimova qızların yetkinlik yaşının 22-23 yaş olduğunu bildirib:

“Qızların fiziki-psixoloi yetkinliyinə gəlincə, bu, istisna kimi fərqi olaraq dəyişə bilir, amma ümumi nəticələrə görə, qızların yetkinliyə çatması üçün azı 22-23 yaşının olmasının mütləq olduğunu qeyd edən mütəxəssislər var. Oğlanlarda isə bu yaş daha artıqdır. Ona görə də bəzən deyirik ki, qadınların 25 yaşda düşündüyünü kişilər 30 yaşda düşünmürlər. 

Mən deməzdim ki, qızlar daha erkən yaşlarda yetkinləşirlər, mən deyərdim ki, qızlar daha erkən yaşlarda özlərini yetkin kimi aparmağa çalışırlar. Cəmiyyətdə gördükləri, sosial şəbəkələrdə izlədikləri onlara birbaşa təsir göstərir. Əgər bir mühitdə 5 nəfər kitab oxuyursa və yaxud hansısa romanı müzakirə edirsə, 6-cı adam ya müzakirəyə qatılacaq, ya da susacaq. Amma əgər bir yerdə 5 nəfər hansısa müğənninin yarım saatlıq toydan neçə qazanmasından, kimin neçə dəfə ailə qurmasından, kimin övladının atasının kim olmasından danışırsa, o ortamdakı altıncı kitab oxuyan adam özünü ya tam yad hiss edəcək, ya da onlara uyğunlaşmağa çalışacaq. İndi ortaya çıxan problemlərin əksəriyyətinin də həlli həmin 6-cı adamların hansı qərarı verməsindən asılıdır. Təəssüf ki, xüsusilə televiziya məkanında cəmiyyətə təqdim edilənlər heç də nümunəvi davranışlar üçün əsas yaradacaq potensialda deyil. Ona görə də biz bu gün gənclərimzin elmdə, texnikada, ədəbiyyatda hansısa yenilikər etməsindən yox, erkən nikahın fəsadlarından danışırıq”.

Aytac Şahin


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 May 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri