Qızıl alışına tələbat niyə azalıb? İqtisadçı
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Son illərdə qızılın dünya bazarındakı qiymətinin yüksəlməsi onu bir çox insanlar üçün əlçatmaz edib. Əhalinin gəlirlərinin xərclərlə ayaqlaşmaması da insanların investisiya və ya zinət məqsədilə qızıl alma ehtimalını azaldıb. Bundan başqa, bəzi insanlar artıq qızılı ənənəvi sərmayə vasitəsi kimi deyil, daha çox təcili ehtiyaclar üçün satılan əmlak kimi görməyə başlayıblar. Bu da alıcılığın aşağı düşməsinə təsir edən psixoloji amillərdəndir”
Bu fikirləri 525.az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov bildirib. Onun dediyinə görə, əhalinin əksər hissəsi pullarını daha çox gündəlik tələbat mallarına yönəldir. Qida, geyim, məişət avadanlıqlarına insanlar bu gün daha çox pul gərcləyir:
“Əhalinin çox hissəsi üçün qızıl alışı o qədər də prioritet deyil. Bunun hamısı əhalinin gəlirlərindəki qeyri-bərabərliklə bağlıdır. Ona görə də ölkədə qızıl alıcılığı yüksək səviyyədə deyil”.
Sevinc QARAYEVA


