Icma.az
close
up
RU
İqtisadçı: Qızıl məmulatları almaq üçün xərclər artıb

İqtisadçı: Qızıl məmulatları almaq üçün xərclər artıb

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan bu il 18 ölkədən 19 tona yaxın qızıl idxal edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb. Ötən il isə Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal etmişdi. 
Bu qədər idxal Azərbaycan iqtisadiyyatına necə təsir edir?
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki,  bu qızıl alışlarının Azərbaycan iqtisadiyyatına xüsusi bir təsiri yoxdur:
“Çünki bu qızılların əsas alıcısı Dövlət Neft Fondudur. Əgər 2023-cü ilin sonunda Neft Fondunun ehtiyatlarının 10-11 faizi qızılda idisə, 2024-cü ilin sonuna bu rəqəm 21 faiz ətrafında olacaq. Onlar bildirirlər ki, bu payı 25 faizə qədər artırmaq niyyətindədirlər. Yəni bu alışların əsas səbəbi fondun ehtiyatlarında qızılın çəkisinin artırılmasıdır. Əvvəllər dollarla saxlanılan ehtiyatlar artıq qızılda saxlanılır.  Əsas məsələ budur ki, bu dəyişikliklərin Azərbaycan iqtisadiyyatına, yəni makro səviyyədə vətəndaşların gündəlik həyatına birbaşa təsiri yoxdur. Sadəcə, fondun aktivləri daha təhlükəsiz və sabit dəyər daşıyan qızıla yönəldilir”. 
İqtisadçı əlavə edib ki, bu baxımdan da, ölkənin sərvəti artır, çünki qızılın qiyməti son iki ildə artmışdır:
“Nəticədə, Neft Fondu həm valyuta dəyəri baxımından, həm də qızılın qiymət artımından qazanc əldə edir. Amma bu, sıravi vətəndaşın, gündəlik büdcəsinə təsir göstərmir. Qiymətlərə birbaşa təsiri yoxdur. Bu, dövlət səviyyəsində sərvətin qorunması və artırılması addımıdır. Bununla belə, vətəndaşlara dolayı təsirlər var. Məsələn, qızıl məmulatları almaq üçün xərclər artıb. Əgər 2-3 il əvvəl 700 manata alına bilən bir qızıl əşya vardısa, indi onu almaq üçün 1500 manat tələb olunur. Yəni bu, istehlak məqsədli qızıl alan vətəndaşların büdcəsinə təsir edir. Bundan başqa, ilin əvvəlindən etibarən qızılın qiymətində müəyyən artım müşahidə olunsa da, son dövrlərdə bu artım tempində azalma var. Məsələn, bir unsiya qızılın qiyməti 3500 dollara qədər yüksəlmişdi, amma indi bu rəqəm 3150 dollara qədər enib, təxminən 10%-lik ucuzlaşma var”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri