Icma.az
close
up
RU
İqtisadçı: Qızıl bazarındakı dinamika təsadüfi deyil

İqtisadçı: Qızıl bazarındakı dinamika təsadüfi deyil

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 6,5 dollar artaraq 4 261,4 dollar təşkil edib. Bu artım növbəti dəfə investorların diqqətini qızıl bazarına yönəldib. Qiymətlərdə davam edən artım artıq yalnız qlobal iqtisadi proseslərin göstəricisi deyil, həm də 2026-cı ildə sərmayə yönəltməyi planlaşdıran insanlar üçün müəyyən tərəddüdlər yaradır. Çünki qızıl ənənəvi olaraq risklərdən qaçış aləti kimi qəbul olunsa da, hazırkı dalğalanma fonunda bu aktivə investisiya etmək istəyənlərin sualları və narahatlıqları daha da aktuallaşıb. 

İqtisadçı Eldəniz Əmirov da məhz bu narahatlıqlara cavab olaraq Sherg.az-a bildirib ki, bu gün qızıl bazarındakı dinamika təsadüfi deyil və həm geosiyasi risklərin, həm də maliyyə sisteminə olan inamsızlığın nəticəsi kimi ortaya çıxır. Onun sözlərinə görə, qızılın bahalaşması fonunda investorların tərəddüd keçirməsi təbiidir, lakin qərar vermək üçün proseslərin mahiyyətini anlamaq daha vacibdir:

“Bu il qızıl sıçrayışla təxminən 4 380 dollara qədər yüksəldi, amma sonra artım dayandı və cüzi geri addımlasa da ciddi eniş baş vermədi. Bunun səbəbi qızılın bahalaşmasını dəstəklyən fundamental faktorların hələ də qüvvədə qalmasıdır. Ona görə də qızıl nə kəskin geri çəkilir, nə də yeni güclü ralliyə başlayır. O “yatır”, amma “yuxulamayıb” və növbəti mərhələni gözləyir. Təsəvvür edin, minalar qurulub, amma yeni qurulan minalar hələ partlamayıb. Bu minaların nələr olmasına gəldikdə isə qeyd edim ki, Çin-ABŞ rəqabəti günü gündən kəskinləşir. Çin və ABŞ-ın Venesuela üzərində təsir savaşı və bu ölkəyə müdaxilə ehtimalı qalır. Qlobal borc böhranı riskləri artır. Mərkəzi bankların, xüsusilə Çin, Türkiyənin, Rusiyanın, Hindistan və Yaxın Şərq ölkələrinin rekord həcmdə qızıl alışı davam edir. Dolların qlobal dəyər itirmə riski artır və onun dünya rezerv valyutası kimi rolu zəifləyir. İtaliyanın Avropa Mərkəzi Bankından öz qızıl ehtiyatlarının geri qaytarılmasını tələb edir. Bu isə Avropada qızıl siyasətinin dəyişməsinə işarədir. Deməli, qızılı bu səviyyələrə qaldıran səbəb minaların partlaması yox, onların bir-birinə yaxın məsafədə qurulması idi. Yəni risklərin artması artıq qiymətə daxil oliub. Yaxın Şərqdə baş verənlər və Rusiya-Ukrayna müharibəsi isə minaların qurulmasına şərait yaradaraq qızılın hazırkı qiymətində tam əks olunub. 2026-cı ildə bu minalar zərərsizləşdirilsə qızılda müəyyən eniş ola bilər. Amma heç bir halda qızılın ilin əvvəlidəki qiymətinə qədər enəcəyini gözləmirəm. Yox, əgər bu minalardan biri belə partlasa qızıl sürətlə arta bilər. Artımın hara qədər davam etməsi isə hansı minanın və ya hansı minaların partlamasından asılıdır”.

Hazırda qızılın gözləmə mərhələsində olduğunu vurğulayan iqtisadçı bildirib ki, minalar yerindədir, sadəcə hansısa hadisənin onun üzərinə toxunmasını gözləyir: 

“Amma 2026-cı ildə bu minalardan hansısa birinin zərərsizləşdirilməsi və ya partladılması ehtimalı çox aşağıdır. Böyük ehtimal ki, 2025-ci ildə olan qeyri-müəyyənlik və geosiyasi xaotiklik 2026-cı ildə də davam edəcək. Üstəlik, ABŞ-ın kəskin xarici siyasəti bu qeyri-müəyyənliyi təkcə 2026-da deyil, böyük ehtimalla 2027-də də davam etdirəcək. Odur ki, qızıl (investisiya qızılı, zərgərlik deyil) yenə də uzunmüddətli investisiya məqsədləri üçün ən etibarlı investisiya aləti olaraq qalacaqdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Dekabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri