Icma.az
close
up
RU
Qızıl səhifələr də əks olunan tarix

Qızıl səhifələr də əks olunan tarix

Icma.az, 525.az saytına istinadən bildirir.

Mahmizər MEHDİBƏYOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Cənubi Azərbaycanda Milli Hökumətin yaradılmasının 80 illiyi ərəfəsində işıq üzü görən "Qızıl səhifələr" adlı sanballı kitab Azərbaycan xalqının milli-azadlıq yolunda mübarizə tarixindən bəhs edir. Milli hökumətin (1945-1946) yaranması və fəaliyyəti ilə bağlı məqalələr, həmin dövrün siyasi xadimlərinin - başda hökumət rəhbəri Seyid Cəfər Pişəvəri olmaqla-tarixi hadisələrin gedişini əks etdirən sənədlər topluya daxil edilib. Kitabın əsası 1946-cı ildə Təbrizin "Elmiyyə" mətbəəsində çap olunan ilk nəşrə söykənir. Oxuculara təqdim olunan bu nəşr "Qızıl səhifələr"in orijinalındakı 186 yazının hamısını əhatə edir. Kitabda hökumətin və Azərbaycan Demokrat Firqəsinin bütün əsas tarixi, müxtəlif sənədləri, parlament deputatlarının tərcümeyi-halı və şəkillərinə qədər yer tapıb. Bu gün Milli hökumətin tarixi ilə maraqlananlar bu ensiklopedik kitabda axtardıqları hər şeyi tapa bilərlər.

Tamamilə doğru fikirdir ki: "Hərəkatın və hökumətin faciəli taleyini bilən və qabaqcadan görən Seyid Cəfər Pişəvəri xalqın tarixində parlaq səhifə olan hadisələrin həqiqi və dəqiq ensiklopediyasını yaradıb gələcək nəsillərə yadigar qoymaq qərarına gəlib".

Milli hökumətin ilk dekretlərindən biri dil haqqında olmuşdu. Məhz bu dövrdə Milli hökumətin sənəd və təlimatlarından ibarət "Qızıl səhifələr" toplusu çap edildi.

"Qızıl səhifələr" toplusunun nəşrində Mirzə İbrahimovun mühüm rolu olub. 1946-cı ildə Təbrizdə nəşr olunmuş bu kitabın hazırlanmasında əsas işləri Qulam Məmmədli və Qılman İlkin görmüşdü. Kitabda Azərbaycan Demokratik Firqəsinin fəaliyyətinə, hərəkatdakı roluna mühüm önəm verilirdi. Təsadüfi deyil ki. ADF-nin proqram sənədləri, partiya protokolları, müxtəlif çıxış və məruzələr toplunun mühüm qismini təşkil edirdi. Xüsusilə, Cənubi Azərbaycanda milli hökumətin yaranıb fəaliyyət göstərdiyi dövrdə, 1945-1946-cı illərdə baş verən ictimai-siyasi hadisələrlə bağlı məqalələr və o dövrün tarixi reallıqlarını əks etdirən sənəd və məktubların toplandığı "Qızıl səhifələr" kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin layihəsi əsasında "Elm" nəşriyyatında işıq üzü görüb. Layihənin rəhbəri və kitabın elmi redaktoru filologiya elmlər doktoru Rəhim Əliyev, redaktorlar filologiya üzrə fəlsəfə doktoru Fikrət Süleymanoğlu və Elmira Bağırova, transliterasiya və tərtib edənlər Elmira Bağırova və Afaq Mehdibəyova, farsca mətnləri tərcümə edənlər isə İbrahim Quliyev və Hökumə Allahverdiyevadır.

Əsasən bədii, sənədli, publisistik toplu olan "Qızıl səhifələr" haqqında Mirzə İbrahimov eyniadlı məqaləsində sonralar belə yazacaqdı: "Mən o zaman qocaman jurnalist və yazıçı Qulam Məmmədliyə dedim ki, ən yaxşı ədəbi və publisistik yazıları toplasın və gələcək nəslə ərməğan olaraq onu "Qızıl səhifələr" adı altında kitab kimi çap edək. Qulam Məmmədli bu işi həvəslə yerinə yetirdi: kitab çapa hazır olanda mən Pişəvəridən xahiş etdim ki, ona müqəddiməni özü yazsın. Seyid Cəfər Pişəvəri baş verəcək hadisələri 1946-cı ilin baharında öz vəsiyyət kitabı "Qızıl səhifə"lərin layihəsini hazırladı və müqəddiməsini yazdı".

Bu müqəddimə "Azərbaycan" qəzetinin 3 fevral sayında Seyid Cəfər Pişəvəri imzası ilə işıq üzü görüb.

Pişəvəri 1945-1946-cı illərin milli hərəkatını azərbaycanlıların qəhrəmanlıq dastanı adlandırır, "Şahnamə" ilə müqayisə edir. "Firdovsi ölüb ortadan getdi, Sultan Mahmud isə dünyanın keşməkeşində torpaq olub fəna oldu, lakin "Şahnamə" bu günə qədər yaşayıb, yenə də yaşayacaqdır. "Qızıl səhifələr" də "Şahnamə" və ona bənzər əsərlər kimi dünya durduqca yaşayıb hərəkatımız haqqında gələnlərə danışacaqdır".

Azərbaycan Milli Hökuməti təkcə dil, təhsil, kitab nəşri sahəsində deyil, o cümlədən, mədəniyyət, teatr, musiqi, təsviri incəsənət və sair sahələrdə islahatlar aparmış, yeni qurumların yaradılması sahəsində mühüm işlər görmüşdü.

Ümumən Cənubi Azərbaycanın elm, mədəniyyət, incəsənət həyatını canlandırmaq üçün Şimali Azərbaycandan minə yaxın mütəxəssis cəlb edilmiş, bir qrup ziyalı Cənubi Azərbaycana göndərilmişdi. Qrupun rəhbəri Həsən Həsənov özünün xatirələrində yazır: "1945, 6 dekabr. Axşam Bakıdan Mirzə İbrahimo gəldi və xəbər verdi ki, Bakıda "üçlüyün" işindən razıdırlar. Elə həmin istiqamətdə işi davam etdirmək "üçlük"dən xahiş olunurdu. Lakin bəzi məsələlərdə Moskvanın razılığı lazım idi. Pişəvəri də bizim yanımıza gəldi və biz ona dedik ki, Bayatla (Cənubi Azərbaycanın general-qubernatoru idi - M.M.) söhbətində Azərbaycan Demokrat Firqəsinin tələblərinin üstündə möhkəm dursun".

Yeri gəlmişkən qeyd edək ki, 1945-46-cı il Cənubi Azərbaycan milli-demokratik hərəkatının yaranmasında, güclənməsində böyük mübarizə yolu keçmiş Seyid Cəfər Pişəvərinin mühüm xidmətləri var idi. O bu hərəkatın ilhamçısı və əsas təşkilatçısı idi. Həmin illərdə Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetində öz mübariz yazıları ilə çıxış edən Pişəvəri doğma xalqının güclü bir lideri idi. O, məqalələrinin birində yazırdı: "Ruznaməmiz ("Azərbaycan" qəzeti nəzərdə tutulurdu - M.M.) Azərbaycan dilinə artıq əhəmiyyət verəcəkdir. Onun rişəsi xalqımızın qanında və ürəyindədir".

Seyid Cəfər Pişəvərinin məqalə və çıxışlarında Azərbaycan milli demokratik hərəkatına, Azərbaycan Demokratik Firqəsinə, doğma xalqın azadlıq mübarizəsinə böyük inam ifadə olunurdu. Bu hərəkat nəinki azərbaycanlılara, həm də azadlıq istəyən digər xalqlara da güclü təsir göstərmişdi.

Hərəkatla bağlı Mirzə İbrahimovun Cənubi Azərbaycana müntəzm gedib-gəldiyini xüsusi qeyd etmək lazımdır. O, Cənubda gedən hadisələri diqqətlə izləməklə bərabər, maarif və mədəniyyətin çiçəklənməsinə çalışmış, Cənubla bağlı mətbuatda məqalələr çap etdirmişdi.

"Qızıl səhifələr" kitabı millətimizin başına gətirilən vəhşiliklər, faciə və qətliamlar barədə acı həqiqətlərin tarixə çevrilmiş, qanlı mürəkkəblə yazılmış əzab salnaməsidir. Bu nəşr Azərbaycan xalqının azadlıq və istiqlal, mübarizə və mücadilə yolunda ömrünü fəda etmiş millət qəhrəmanlarının ensiklopedik və tarixi həqiqətlər toplusudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri