Icma.az
close
up
RU
Rəhim Əliyevin “Qızıl səhifələr” kitabının təqdimatı keçirildi

Rəhim Əliyevin “Qızıl səhifələr” kitabının təqdimatı keçirildi

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında filologiya elmləri doktoru Rəhim Əliyevin “Qızıl səhifələr” kitabının təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, Güney Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri Seyid Cəfər Pişəvəri və həmin dövrün siyasi xadimlərinin mübarizəsinə həsr olunan bu nəşr, həm elmi ictimaiyyət, həm də ictimai-siyasi çevrələr tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə ölkənin tanınmış alimləri, siyasətçiləri və ictimai xadimlərinin iştirakı da bu marağın göstəricisidir. Təqdimatı giriş sözü ilə açan VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı kitab haqqında geniş məlumat verərək, Pişəvəri dövrünün araşdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Rəhim Əliyevin “Qızıl Səhifələr” kitabı yalnız sənədlər toplusu deyil, həm də 1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin tarixini əks etdirən sanballı ensiklopedik mənbədir: “1945-46-cı illərdə Güney Azərbaycanda qurulan Milli Hökumətin ideoloji dayaqları fonunda yazılmış mətnlər həm tarixi sənəd, həm də siyasi manifest rolunu oynamışdır. Seyid Cəfər Pişəvərinin 1946-cı ilin fevralından qələmə aldığı bu əlyazma da həmin dövrün milli mübarizə ruhunu, dil, kimlik və dövlətçilik uğrunda aparılan mübarizənin konseptual təsvirini özündə əks etdirir”.

Daha sonra çıxış edən kitabın müəllifi Rəhim Əliyev Milli Hökumət dövrünün xüsusiyyətlərindən bəhs edib və əsərdə toplanan sənədlərin əhəmiyyətini qeyd edib. O bildirib ki, kitabın əsası 1946-cı ildə Təbrizin “Elmiyyə” mətbəəsində çap olunmuş ilk nəşrə söykənir. Təxminən 80 ildən sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi bu tarixi toplunu yenidən nəşr edib.

Tarixçi professor Cəmil Həsənli çıxışında bu nəşri Milli Hökumətin 80 illiyinə ən dəyərli töhfə kimi qiymətləndirib.

Təqdimatda həmçinin AMEA Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə, Demokratik Firqənin rəhbəri Firudin İbrahimli, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor İbrahim Quliyev, Ədəbiyyat İnstitutunun əməkdaşı, elmlər doktoru Pərvanə Məmmədli, Borçalı cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli, Vəhdət Partiyasının lideri Tahir Kərimli, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, profesor Sakit Hüseynov və professor Qulu Məhərrəmli çıxış ediblər.

Tədbirin sonunda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Milli Hökumətin 80 illiyinin rəsmi şəkildə qeyd olunması qərara alınıb.

Rəhim Əliyevin “Qızıl səhifələr” kitabının təqdimatı keçirildi

Rəhim Əliyevin “Qızıl səhifələr” kitabının təqdimatı keçirildi

Rəhim Əliyevin “Qızıl səhifələr” kitabının təqdimatı keçirildi

Rəhim Əliyevin “Qızıl səhifələr” kitabının təqdimatı keçirildi

Şəkil sayı: 4

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri