“Qızıl top”un sahibi bu kluba baş məşqçi təyin oldu
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya çempionu, “Qızıl top”un sahibi, İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro Zaqreb “Dinamo”sunun baş məşqçisi təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
Kannavaro rəhbərlik vəzifəsində bu ilin sentyabr ayından “Dinamo”nu çalışdıran Nenad Byelikanı əvəzləyib. 51 yaşlı mütəxəssisin rəhbərlik etdiyi sonuncu klub iyunda tərk etdiyi “Udineze” olub.
Əvvəllər Kannavaro “Benevento”ya rəhbərlik edib. Həmçinin Səudiyyə Ərəbistanının “Əl-Nəsr”, Çinin “Quançjou Everqrande” və “Tyanjin” klublarında işləyib.
İtaliyalı futbolçu karyerası ərzində “Real”, “Napoli”, “Parma”, “Yuventus”, “İnter”, “Əl-Əhli” və Hindistanın Benqal Tuskers klublarında çıxış edib.
Qeyd edək ki, keçirilən 18 oyundan sonra “Dinamo” 29 xalla Xorvatiya çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 30 Dekabr 2024 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















