Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Xəzər ətrafında yaşayan sakinlər kənar ərazilərə köçürülə bilər...

Xəzər ətrafında yaşayan sakinlər kənar ərazilərə köçürülə bilər...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

II Hissə

Azərbaycan əhalisinin 50%-dən çoxu və sənaye potensialının təxminən 80%-i məhz sahilyanı zonada yerləşdiyindən, dənizin geri çəkilməsi hər bir bölgəyə fərqli və ciddi şəkildə təsir edir. Dənizin əsasən cənub və cənub-şərqində geri çəkilmə müşahidə edilir. Məsələn, Qızılağac körfəzinin bəzi yerlərində dəniz iki kilometrdən artıq geri çəkilib. Nəticədə sözügedən ərazilərdə torpaqlar şoranlaşıb. Bu da kənd təsərrüfatına və balıqçılıq sənayesinə ciddi ziyan vurur.

Bakı və Sumqayıt ərazisində suyun səviyyəsinin enməsi sənaye məqsədli suqəbuledici sistemlərin fəaliyyətinə mənfi təsir göstərir. Ümumi ekoloji vəziyyəti pisləşdirərək, insanları sahildən kənar ərazilərə köçməyə məcbur edir.

Azərbaycan üçün qarşıdakı onilliklərə dair ətraf mühit proqnozları göstərir ki, iqlim dəyişikliyi ölkə ərazisinin üçdə birindən çoxuna (36,6%) birbaşa təsir göstərəcək. Bu halda şirin su çatışmazlığı və torpaqların deqradasiyası kimi təhdidlər önə sürülür. Rəsmi qurumlara görə, son 30 il ərzində suyun səviyyəsi 2,5 metr aşağı düşüb və hazırda ildə 20–30 sm sürətlə azalmaqda davam edir.

Proqnoza əsasən, dənizdə suyun səviyyəsi (Baltik sistemi əsasında) mənfi 30 metr səviyyəsindəki kritik həddə çatarsa, Azərbaycanın sahil xətti köklü dəyişikliklərə məruz qalacaq. Ələt və Sanqaçal ətrafında dəniz dibi çox maili və dayaz olduğundan nəhəng torpaq itkisi (10-12 kilometr) gözlənilir. Yəni, bu ərazidə dəniz təxminən 10–12 kilometr geri çəkilə bilər. Nabran–Şabran istirahət zonasında dənizin 4–5 km, cənubda (Lənkəran–Astara) isə 2–3 km geri çəkiləcəyi gözlənilir. Onu da bildirək ki, Azərbaycanın şimal-şərqində yerləşən Nabran zonası ölkənin ən məşhur rekreasiya və turizm mərkəzidir. Nabran sahillərində dənizin 4-5 kilometr geri çəkilmə təhlükəsi sahildə yerləşən onlarla hotel, sanatoriya və istirahət mərkəzləri dəniz kənarından uzaqlaşdıracaq. Keçmiş çimərliklər qumlu-bataqlıqlı səhralara çevriləcək, bu da regionun turizm cəlbediciliyini azaldacaq. Digər tərəfdən Nabranın unikal cəhəti relyefin dənizlə sıx təmasda olması və məşhur meşələrinin sahilə qədər uzanmasıdır. Dəniz geri çəkildikcə sahildə yaranan duz çöküntüləri küləklə meşə zolağına daşınır (Qara-Boğaz-Göldəki prosesin daha kiçik forması). Eyni zamanda şirin yeraltı su qatlarının səviyyəsi düşür və dəniz dibinin quruması torpaqların deqradasiyasına gətirib çıxarır. Bu təhlükələri vaxtında idarə etmək üçün hazırda Azərbaycanın Nazirlər Kabineti tərəfindən 2025-2030-cu illəri əhatə edən Kompleks Tədbirlər Planı icra olunur. Buraya limanların reabilitasiyası, yararsız hidrotexniki qurğuların dənizdən çıxarılması və yeni ekoloji bufer zonalarının yaradılması daxildir.

Baş verən dəyişikliklər Bakı Beynəlxalq Limanının, sahilboyu neft-qaz infrastrukturunu (o cümlədən soyutma suyu götürmə sistemlərinin) təhlükə altına qoyur. Suyun enməsi limanın giriş kanallarının və yanalma körpülərinin dərinliyini azaldır. Bu isə gəmilərin tam yüklənməsinə mane olur və dibdərinləşdirmə işlərinin daimi olaraq aparılması üçün böyük büdcə və xərclər tələb edir. Bakı Limanının baş direktoru Eldar Salahovun rəsmi açıqlamalarına əsasən, beynəlxalq tərəfdaşlarla birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda genişmiqyaslı fiziki dibdərinləşdirmə işlərinə başlanılır. Bu məqsədlə beynəlxalq tender yekunlaşmaq üzrədir və müqavilələr imzalanır. Limanın baş planına (Master Plan) əsasən, giriş kanalının və gəmi yanalma körpülərinin (berth) dibinin ümumi dərinliyinin 8.8 metrə çatdırılması nəzərdə tutulur. Bu, gələcəkdə böyük tonajlı gəmilərin heç bir maneə olmadan limana daxil olmasını təmin edəcək. Həmçinin Niderlandın məşhur "Damen" gəmiqayırma şirkətinin dizaynı əsasında Bakı Gəmiqayırma Zavodunda xüsusi olaraq Xəzərin problemləri üçün inşa edilmiş "Mühəndis Soltan Kazımov" adlı yeni dibdərinləşdirən (kəsici-sorucu) gəmi istifadəyə verilib. Bu strateji gəmi ehtiyac yarandığı təqdirdə dənizin dibini 18 metrədək dərinləşdirmək qabiliyyətinə malikdir və kanalların naviqasiya təhlükəsizliyini təmin etmək üçün əsas qüvvə rolunu oynayır. Bu arada qazıntılardan öncə Bakı Limanı tərəfindən dəniz dibinin dəqiq relyefini öyrənmək üçün kompleks hidrotexniki hazırlıqlar və batimetrik (dərinlik ölçmə) ölçmələr həyata keçirilib. Kanalın genişləndirilməsi: Hazırda uzunluğu 7.5 kilometr olan giriş kanalının və 450 metrlik dönmə dairəsinin dibinin təmizlənməsi konteyner aşırılması imkanlarını 150 min TEU-dan 260 min TEU-ya çatdırmaq layihəsinin bir hissəsi kimi icra olunur. Rəsmi açıqlamalara əsasən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) və liman mühəndisləri dənizin enmə tempinin uzunmüddətli mənfi ssenarilərini də nəzərə alırlar. Yalnız kanalları qazmaq yetərli olmadığı təqdirdə, gəmilərin dayazlığa oturmaması üçün yanalma körpülərinin (pirslərin) dənizin içinə doğru uzadılması layihələri də masadadır.

Bakı Beynəlxalq Dəniz Limanından Teleqraf-a bildirilib ki, hazırda Xəzər dənizində su səviyyəsinin azalması ilə əlaqədar Bakı Limanının fəaliyyətində hər hansı texniki problem və ya gəmi qəbulunda məhdudiyyət müşahidə olunmur:

"Bununla belə, mümkün dəyişikliklərin gələcəkdə limanın fəaliyyətinə təsirinin qarşısının alınması məqsədilə Bakı Limanı tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu çərçivədə dəniz dibinin öyrənilməsi və batimetriya işləri aparılıb, həmçinin dəniz dibinin dərinləşdirilməsi ilə bağlı beynəlxalq tender prosesi həyata keçirilir. Dərinləşdirmə işləri Xəzər dənizində üzən və digər hövzələrdən cəlb olunacaq xüsusi gəmilər vasitəsilə həyata keçiriləcək. Hazırda Azərbaycanda bu qəbildən olan dərinləşdirmə texnikası yoxdur. Tenderə 10-a qədər beynəlxalq şirkət öz təklifini verib, proses artıq yekun mərhələdədir. Yaxın günlərdə müqavilənin imzalanması, ilin sonuna qədər isə dəniz dibinin dərinləşdirilməsi işlərinə başlanılması planlaşdırılır. Prosesə noyabrın sonu, dekabrın əvvəllərində başlanılmalıdır.

Görülən tədbirlər limanın fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunmasına, eləcə də Xəzər dənizində su səviyyəsinin mümkün dəyişikliklərinə əvvəlcədən hazır olmağa yönəlib”.

Bakı buxtası da yaranan vəziyyətdən sığortalanmayıb. Suyun geri çəkilməsi nəticəsində keçmiş yaxta klubları və gəmi yanalma körpüləri (pirslər) quruda qalıb. Sahildə yeni qum və daş adacıqları üzə çıxıb, suyun azalması buxtada durğunluğa və xoşagəlməz qoxunun artmasına səbəb olub.

Ən vacib amillərdən biri Xəzər dənizinin Bakının havasını tənzimləyən əsas təbii amil olmasıdır. Su sahəsinin azalması dəniz xəzrisinin şəhəri təmizləmə effektini zəiflədir və paytaxtda yay aylarında bəzi ərazilərdə temperaturun daha da yüksəlməsinə (isti adaları effekti) zəmin yaradır.

Azərbaycanla bağlı daha bir həssas məqam su ehtiyatları böhranı və transsərhəd çaylarıdır. Şirin su hövzələrinin çirklənməsi və quruması kritik məqamlardandır. Ölkənin əsas su arteriyaları genişmiqyaslı antropogen çirklənmədən və qonşu dövlətlərdən daxil olan su axınının azalmasından əziyyət çəkir. Proqnozlar Kür çayında su səviyyəsinin daha da aşağı düşəcəyini göstərir. Bu proses artıq ölkənin cənubunda duzlu dəniz suyunun çay yatağına daxil olmasına və yerli ərazilərin içməli su ehtiyatlarının sıradan çıxmasına səbəb olub.

Digər tərəfdən Kür-Araz ovalığında müşahidə olunan ümumi quraqlıq fonunda lokal xarakterli dağıdıcı daşqınlar intensivləşib. Abşeron yarımadasında isə tez-tez dolu və anomal güclü yağışlar baş verir.

Eləcə də yeraltı suların səviyyəsinin aşağı düşməsi və orta temperaturun yüksəlməsi səbəbindən Kür-Araz ovalığı və cənub bölgələrində (Neftçala, Salyan) torpaqlar şoranlaşır. Külək Xəzər dənizinin dibinin açıq qalan sahələrindən duz və zəhərli tozu kənd təsərrüfatı torpaqlarına daşıyır. Ekspertlərə görə, bu, Aral dənizi faciəsinə bənzər bir təsir yaradaraq ərzaq təhlükəsizliyini təhlükə altına qoya bilər.

Bu çağırışlara cavab olaraq, Azərbaycan ətraf mühitlə bağlı milli prioritetlər müəyyən edib və alternativ enerjiyə investisiyaları artırıb. Çirkab suların təmizlənməsi qurğuları modernləşdirilib. Xəzər dənizinin ekosisteminin monitorinqi və mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığı, o cümlədən İran, Rusiya və Mərkəzi Asiya ölkələri ilə birgə proqramları inkişaf etdirir.

I Hissə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Oktyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri